Filter olunmuş cədvəldə sıra saylarının avtomatik gətirilməsi (+Video)

Filter (Süzgəc)

Fərz edin ki, çalışdığınız sahə üzrə ümumi cədvəl düzəltmisiniz və bütün şirkətə aid olan məlumatları bir cədvəldə toplamısınız. Ancaq həmin cədvəli bütünlükdə deyil də, aidiyyatı bölmələr üzrə çap edib təqdim etməlisiniz. Bunun üçün filterdən istifadə edib tək-tək çap edəcəksiniz. Ancaq bu səfərdə, qeyd etdiyiniz sıra sayıları düzgün formalaşmamış olacaq. Həmin sıra sayılarını hər filterdə düzgün formalaşması üçün nə etməliyik?

Filterdə düzgün sıra sayılarını əldə etmək üçün SUBTOTAL funksiyasından istifadə edəcəyik. Bu funksiyadan istifadə etməmizin səbəbi odur ki, bu funksiya həm filter olunmuş sətrləri, həm də gizlədilmiş sətrləri tanıya bilir.

Əgər məlumutlar (başlıq xaric) ikinci sətrdən etibarən başlayırsa, o zaman funksiyamız bu şəkildə olacaqdır. Bu funksiyanı A2 xanasına (və ya sıra saylarının başladığı xanaya) yazıb cədvəl boyunca aşağı çəkəcəyik.

=SUBTOTAL(3;$B$2:B2)

Fikir verdinizsə, funksiyanın ikinci arqumentində ilk A2 xanası sabitlənib ($A$2). “3” rəqəmi isə funksiyanın içərisindəki “COUNTA” sətrini ifadə edir. COUNTA isə göstərilən xanalarda boş olmayan xana sayısını hesablayır.

Yekun olaraq funksiya filterlənmiş cədvəldə boş olmayan xanaların sayısını hər bir sətr üzrə hesablayacağı üçün biz nəticədə filter olunmuş cədvəldə düzgün sıra sayısı əldə etmiş olacayıq.

Numune Faylini yuklemek ucun

Daha detaylı məlumat üçün aşağıdakı youtube videosuna baxa bilərsiniz.

Təşəkkürlər

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …