Məlumat Funksiyaları (ISNUMBER, ISEVEN, ISODD, ISTEXT …)

Başlanğıc

Məlumat funksiyaları arqumentində yazılan xana və ya dəyəri yoxlayaraq TRUE və ya FALSE nəticələrini verir. Hər birisinin yoxlama meyarı ayrı olsa da istifadələri eynidir. Xətalar ilə əlaqəli olan məlumat funksiyalarını (ISERR, ISERROR, ISNA, ERROR.TYPE) əvvəlki yazılarımızdan birində təqdim etmişdik. Bugün isə istifadəsi yayğın olan digər məlumat funksiyaları haqqında yazacayıq.

 

ISNUMBER, ISODD, ISEVEN Funksiyaları

ISNUMBER (Rəqəmdir), dəyərin rəqəm olmasını yoxlayir və əgər rəqəmdirsə TRUE, deyilsə FALSE nəticəsini verir.

ISEVEN (Cütdür), dəyərin cüt olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir

ISODD (Təkdir), dəyərin tək olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.

Şəkildə hər bir funksiyanın fərqli məlamatlar üzrə nəticələri göstərilib.

ISNUMBER funksiyası ancaq TRUE-FALSE nəticəsi verir yə rəqəmdən başqa bütün məlumatlar (mətn, xəta və s.) FALSE olaraq qəbul olunur. “052” və “965” sütünlarında rəqəmlər mətn formatında daxil olunub və funksiya mətn formatlı rəqəmlər üçün FALSE nəticəsini verir.

ISEVEN və ISODD funksiyaları isə ISNUMBER-dən fərqli davranır. “052” və “965” sütunlarında məlumat mətn formatında daxil edilməsinə baxmayaraq bu funksiyalar həmin dəyərləri rəqəm kimi tanıyıb TRUE və ya FALSE nəticələrini veriblər. Əgər xana mətn olarsa onu #VALUE! xətası kimi, dəyər özü xəta olarsa həmin xatını gətirir.

Qeyd: ISEVEN və ISODD funksiyaları Excel-2007 versiyasından sonra və “Analysis ToolPak” qoşması qurulduğunda aktivləşir. Əgər sizdə bu funksiyalar yoxdursa aşağıdakı funksiyalarda istifadə etmək olar.

"Tam Rəqəmlər üçün"
=MOD(B1;2)=0                      ISEVEN əvəzi
=MOD(B1;2)=1                      ISODD  əvəzi

"Tam və Natamam rəqəmlər üçün"
MOD(IF((B1-INT(B1))<>0;("1"&REPT(0;LEN(B1)-3))*B1;B1);2)=0

 

ISBLANK, ISTEXT, ISNONTEXT Funksiyaları

ISBLANK (Boşdur), referans verilən xananın boş olmasını yoxluyur və TRUE – FALSE nəticələrini gətirir.

ISTEXT (Mətndir), dəyərin mətn olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.

ISNONTEXT (Mətn Deyil), dəyərin mətn olmamasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.

Şəkildəki nümunədə funksiyaların mütəlif məlumatlar üzrə nəticəsi göstərilib. ISBLANK funksiyası “boş xana”dan başqa bütün xanalrda FALSE nəticəsi verir. “D1” xanasında isə uzunluğu “0” olan məlumat (=””) daxil olunduğu üçün həmin xananı “boş xana” kimi tanımadı.

ISTEXT funksiyası isə xəta, boş xana və rəqəm məlumatlarından başqa digərlərini mətn kimi qəbul edir.  ISNONTEXT funksiyası ISTEXT funksiyasının əksidir.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …