VLOOKUP Funksiyasında Cədvəl ilə Əlaqəni Ayırmaq və ya Düstur Zolağında “F9” İstifadəsi

Başlanğıc

Exceldə cədvəllər qurarkən hesablamaları asanlaşdırmaq üçün bəzi xanalarımızda funksiyalar yazırıq. Bu funksiyalar bəzən digər köməkçi xanalar ilə əlaqələndirilir. Misal üçün

Cədvəldə, “Satıcıların” ay sonunda alacaqları Bonus məbləğləri hesablanıb. “Bonus Məbləği” sütunu “Faizi” sütunundakı rəqəmi sağdakı cədvəldə (axtarış cədvəli – qırmızı dairə) axtararaq uyğun bonus faizini gətirir. Funksiya bu şəkildədir

=VLOOKUP(H2;$K$1:$L$6;2;1)*F2               Funksiya "İ2" xanasına daxil edilib aşağı çəkilir

Əgər “axtarış cədvəli” ilə əlaqəni ayırmaq və eyni zamanda VLOOKUP funksiyasının düzgün şəkildə işləməsini istəyirsinizsə o zaman cədvəlin göstərildiyi diapazonu (K1:L6) seçib “F9” klikləməniz yetərli olacaqdır.

Şəkildə gördüyünüz hissəni seçib “F9” kliklədikdən sonra funksiya belə görsənəcək.

 

=VLOOKUP(H2;{0\0;0,2\0,05;0,4\0,1;0,6\0,15;0,8\0,2;1\0,25};2;1)*F2

Artıq cədvəlimiz K1:L6 diapazonundan ayrılıb öz daxilində axtarış verəcəkdir.

Əgər tez-tez bu şəkildə cədvəl qurur və başqalarına göndərirsinizsə “axtarış cədvəli”nin bilərək və ya bilməyərək dəyişdirilmə (və ya silinmə) riski vardır. Funksiyalarda asılılıqları azaldaraq həmin riski az da olsa azalda bilərsiniz.

Eyni metod digər funksiyalarda da istifadə oluna bilər.

 

Bəs “F9” nədir və hansı hallarda istifadə olnur?

Funksiya yazarkən, doğru yolda olub olmadığımızı və ya baş verən səhvlərin səbəbini tapmaq üçün funksiyanın ya hamısı ya da müyyən hissəsi seçilərək “F9” kliklənir. Bu şəkildə biz

  1. seçilmiş diapazonun nəticəsini görürük
  2. funksiyanın (seçilmiş hissənin) nəticəsini görürük

Seçilmiş diapazonun nəticəsini VLOOKUP nümunəsində gördük. Digər nümunə:

Yaşıl rəngdə göstərilən siyahı A1:B4 diapazonunun “Formula Bar – Düstur Zolağı”-nda görsənməsidir. Burda:

  1. Nəticə hər zaman “əyri mötərizə”-də
  2. Mətnlər “dırnaq” içərisində, rəqəmlər isə işarəsiz
  3. “\” işarəsi məlumatın ayrı sütunlarda olduğunu
  4. “;” işarəsi isə ayrə sətrlərdə olduğunu göstərir

 

Funksiyanın seçilmiş hissəsinin görsənməsində isə, fərz edin ki, şəkildəki kimi formulamız var və biz ancaq LEFT(A2:A7;1) funksiyasının nəticəsini görmək istəyirik. Bunun üçün həmin hissəni seçib “F9” klikləyirik.

Sizin göstərdiyiniz xanalardan asılı olaraq məlumatlar dəyişik ola bilər amma hamısı mötərizə içərisində çıxacaq. Bu cür yoxlamalar ən çox kompleks formulalarda istifadə olunur.

Burada bəzi nüanslara diqqət etmək lazımdır

“F9” kliklədikdən sonra yazdığınız funksiyaya qayıdarkən “Ctrl+Z” edə bilərsiniz ancaq, “geri qayıtma” əməliyyatı “Formula Bar”da ancaq bir dəfə işləyir.

Funkisyalarda açılan mötərizə sayısınca onun bağlanması da olmalıdır. Əgər görmək istədiyiniz hissədə buna
fikir verilməzsə şəkildəki kimi xəta pəncərəsə çıxacaqdır.

 

“F9” ilə görəbiləcəyiniz nəticə ən çox 8192 simvoldan ibarət ola bilər. Əgər çox böyük ərazi seçilibsə və siz nəticəni görmək istəsəniz bu zaman simvol sayı problemi çıxacaq. Belə məqamlarda artıq öz təxəyyülünüzə güvənməlisiniz. Ya da test məqsədli daha az ərazi seçib baxmaq olar.

“F9”-dan istifadə edərək funksiyaların yoxlanması iləriki tarixlərdə istifadə olunacaq. Əgər bu hissəyə qədər yazılanları günlük işlərinizdə necə istifadə ediləcəyini və ya öz işlərinizdə tamamilə əlaqəsiz olduğunu fikirləşirsinizsə narahat olmayın. İləriki tarixlərdə “F9” istifadə olunduqda faydalarını da görəcəyik.

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …