İki və Daha Çox Sütuna Əsasən Məlumatların Gətirilməsi (1. Həll Yolu) – VLOOKUP, INDEX-MATCH

INDEX

VLOOKUP funksiyasında məlumatların gətirilməsi haqqında yazmışdıq. Ancaq bu funksiya təkcə bir sütun üzrə məlumatları gətirir. Əgər biz iki sütuna əsasən məlumatları gətirmək istəyiriksə o zaman necə etməliyik?

İki və daha artıq sütunlara əsasən məlumatların gətilməsinin bir neçə yolu var. Bugün, bunlardan ən sadəsi haqqında yazacayıq.

Şəkildəki kimi cədvəlimizin olduğunu düşünək. Burda hər bir zona üzrə satış nöqtələri və əməkdaşlıq etdiyimiz şəxslər göstərilib. Biz “Şimal Zonas”nda olan “Oba Market” üzrə əməkdaşımızı tapmaq istəsək sadəcə “Oba Market” üzrə VLOOKUP verməmiz düzgün olmayacaq çünki funksiya ilk gördüyü məlumatı (Məmmədov Vüsal) gətirəcək. Halbuki biz burda iki şərt tələb edirik. Bu səbəbdən, funksiyaya hər iki şərti tanıdıb daha sonra məlumatımızı axtaracayıq.

Bu məsələnin ən sadə həll yolu, köməkçi sütundan istifadə edərək şərtlərimizi birləşdirib daha sonra isə həmin köməkçi sütuna VLOOKUP funksiyasını tətbiq etməkdir.

Biz köməkçi sütunu cədvəlin əvvəlində yaratdıq çünki, VLOOKUP funksiyasında axtarılan dəyər cədvəlimizin ilk sütununda olmalıdır. Köməkçi sütunda “=B2&C2” funksiyasından istifadə edərək iki sütundakı sətrləri birləşdirdik. Bu şəkildə unikal sətrlər yaratmış olduq. Yəni, “Oba Market” 4 dəfə təkrarlanmasına baxmayaraq, “Region” sütunu ilə birləşdirdikdən sonra bizim artıq təkrarlanan sətrlərimiz qalmadı.

=VLOOKUP(G1&G2;A1:D11;4;0)

Funksiyanın ilk arqumentində biz axtarılan dəyərlərimizi də birləşdiririk çünki, yeni yaratdığımız sütun axtarılan dəyərlər ilə üst-üstə düşməlidir. İkinci arqumentdə, yeni yaratdığımız köməkçi sütunu da daxil edərək bütün cədvəli seçdik. Üçüncü arqumntdə axtarılan dəyərin (əməkdaş) sütun nömrəsi, dördüncü arqumntdə isə axtarış növü (FALSE – 0) seçildi. Məlumatın olmama ehtimalına qarşı funksiyanı IFERROR içərisinə ala bilərsiniz.

=IFERROR(VLOOKUP(G1&G2;A1:D11;4;0);"")

Eyni məsələni, INDEX-MATCH kombinasıyası ilə də həll edə bilərik.

=INDEX(D:D;MATCH(G1&G2;A:A;0))

INDEX-MATCH kombinasıyasının üstün cəhəti ondadır ki, köməkçi sütunu istədiyimiz sütunda yarada bilərik. VLOOKUP-dakı kimi cədvəlin əvvəlində yaratma məcburiyyətimiz yoxdur.

Mövzu ilə əlaqəli məqalələri bu linklərdən oxuya bilərsiniz

Dəqiq və Təqribi Axtarışa Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP

INDEX-MATCH Kombinasiyası. VLOOKUP Əvəzi və daha Çoxu

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …