Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Array Formulalar

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri:

  1. OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur
  2. Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll eləmək çox çətindir (və ya mümkün deyil). Ancaq array, şərtlərin çox olduğu vəziyyətdə də, məsələni rahatlıqla həll edir.

Yenə də əvvəlcə dəyərlərlərimiz ay seçimindən asılı etməyəcəyik və sadəcə bir sütuna əsasən hesablama aparacayıq.

Şərtə əsasən MAX və MIN rəqəmlərinin tapılması

Əsas məntiq, bölgə seçiminin “Bölgə” sütunundakı məlumatlarla eyni olub olmaması yoxlanacaq və əgər eynidirsə qarşısındakı rəqəmləri əldə edəcəyik. Bunun üçün IF funksiyasından istifadə edirik.

=IF(J2=A2:A31;C2:C31;"")

Bu funksiyanın nəticəsi:

{"";"";"";1700;"";"";800;"";"";"";"";"";"";"";300;"";"";"";"";"";1800;2000;1700;"";"";"";"";"";1600;""}

Bölgə sütunundakı hansı sətr seçimdəki bölgəyə (Qərb bölgəsi) bərabərdisə qarşısındakı rəqəmi gətirdi, deyilsə üçüncü arqumentdəki “” işarələrini gətirdi.

İndi isə, əldə etdiyimiz rəqəmlərin ən böyük və ən kiçik dəyərlərini tapmaq üçün funksiyanı MAX və MIN funksiyasında istifadə edəcəyik

"Ən kiçik dəyəri tapmaq üçün"
=MIN(IF(J2=A2:A31;C2:C31;""))

"Ən böyük dəyəri tapmaq üçün"
=MAX(IF(J2=A2:A31;C2:C31;""))

Funksiyanı yekunlaşdırdıqdan sonra “Ctrl+SHift+Enter” kliklənir.

Bölgə və ay seçimlərinə əsasən MAX və MIN rəqəmlərinin tapılması

Burda isə, əlavə olaraq ay seçiminə əsasən həmin aydakı MAX və MIN dəyərlərini tapmalıyıq. Yəni, IF funksiyasının ikinci arqumentində elə bir funksiya yazmalıyıq ki, ay seçimi dəyişdiyi zaman bizim rəqəmlərimiz dəyişsin.

=INDEX(C2:G31;0;MATCH(J3;C1:G1;0))

Qeyd olunan funksiya, ay seçimi dəyiçdiyi zaman həmin aydakı dəyərlərin hamısını gətirir. Şəkildəki kimi 3-cü ay olarsa funksiyanın nəticəsi belə olacaq

{800;700;1700;1200;1300;300;500;700;300;2000;1100;800;400;1400;200;1400;2000;500;400;600;1100;2000;1600;1200;1400;1500;5400;800;1700;1500}

Yaradılan bu funksiyanı IF funksiyasının ikinci arqumentində “C2:C31” əvəzinə istifadə edəcəyik.

"Ən kiçik dəyəri tapmaq üçün"
=MIN(IF(J2=A2:A31;INDEX(C2:G31;0;MATCH(J3;C1:G1;0));""))
Ən böyük dəyəri tapmaq üçün
=MAX(IF(J2=A2:A31;INDEX(C2:G31;0;MATCH(J3;C1:G1;0));""))

Məsələ ilə əlaqəli olan digər məqalələr:

  1. Array Formulalar – Giriş
  2. Dəyişkən Sütunlara Əsasən Şərti Toplama. 1-ci Həll Yolu
  3. Məntiq Funksiyaları – IF,AND,OR,IFERROR

 

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …

Array Formulalar
Array ilə Çoxlu Sütun və Sətrə Əsasən Məlumatların Gətirilməsi, 4-cü həll yolu (+Video)

Excelin ən maraqlı tərəflərindən birisi də o dur ki, məsələ və problemləri fərqli-fərqli yollardan həll etmək mümkündür. İndiyə qədər yazılan məqalələrdə bunu “iki və daha çox sütunlara əsasən məlumatların gətirilməsi” mövzusunda göstərməyə çalışdıq. Bu başlıq altında 3 ayrı həll yolu göstərildi. Bir çox zaman, bu həll yollarının bir-birlərində üstün və zəif …