Array Formulalar

Array Formulalar – Giriş (+Video)

Exceldə müəyyən müddət işlədikdən sonra sizə standard və ya mürəkkəb funksiyalarin yetərli olmadiğını görəcəksiniz. Exceldə formulalarda ustalaşmaq və bir mərhələ də ilərləmək üçün “Array” funksiyaları bilmək şərtdir. Giriş Array fomulalara nə vaxt ehtiyac olur? Standard funksiyalar ilə hesablanması mümkün olmayan əməliyyatlarda Standard funksiyalarda hesablanması mümkündür ancaq, həmin nəticəyə gəlmək çox …

COUNTIFS

İki və Daha Çox Sütuna Əsasən Məlumatların Gətirilməsi (2. Həll Yolu) – SUMIFS-INDEX (+Video)

İki və daha çox sütuna əsasən məlumatın gətiriliməsi haqqında ilk həll yolunu əvvəlki məqaləmizdə yazmışdıq. İndi isə eyni nəticəni başqa funksiyalar ilə əldə etməyə çalışacayıq. Bu həll yolunda biz yenə köməkçi sütundan istifadə edəcəyik. Asanlıq olması məqsədi ilə, əvvəlki nümunə faylından istifadə edəcəm. Ikinci həll yolu olaraq INDEX-SUMIFS kombinasiyasından istifadə …

INDEX

İki və Daha Çox Sütuna Əsasən Məlumatların Gətirilməsi (1. Həll Yolu) – VLOOKUP, INDEX-MATCH

VLOOKUP funksiyasında məlumatların gətirilməsi haqqında yazmışdıq. Ancaq bu funksiya təkcə bir sütun üzrə məlumatları gətirir. Əgər biz iki sütuna əsasən məlumatları gətirmək istəyiriksə o zaman necə etməliyik? İki və daha artıq sütunlara əsasən məlumatların gətilməsinin bir neçə yolu var. Bugün, bunlardan ən sadəsi haqqında yazacayıq. Şəkildəki kimi cədvəlimizin olduğunu düşünək. …

Başlanğıc

VLOOKUP Funksiyasında Cədvəl ilə Əlaqəni Ayırmaq və ya Düstur Zolağında “F9” İstifadəsi

Exceldə cədvəllər qurarkən hesablamaları asanlaşdırmaq üçün bəzi xanalarımızda funksiyalar yazırıq. Bu funksiyalar bəzən digər köməkçi xanalar ilə əlaqələndirilir. Misal üçün Cədvəldə, “Satıcıların” ay sonunda alacaqları Bonus məbləğləri hesablanıb. “Bonus Məbləği” sütunu “Faizi” sütunundakı rəqəmi sağdakı cədvəldə (axtarış cədvəli – qırmızı dairə) axtararaq uyğun bonus faizini gətirir. Funksiya bu şəkildədir =VLOOKUP(H2;$K$1:$L$6;2;1)*F2 …

INDEX

Dəyişkən Sütunlara Əsasən Şərti Toplama. 1-ci Həll Yolu (+Video)

Bildiyimiz kimi SUMIF(S) funksiyasında bir sütun seçmək olur. Əgər şərtə görə “toplama diapazonu”nu dəyişdirmək istəsək SUMIF buna imkan vermir və IF funksiyasından istifadə çox yorucu ola bilər. Bugün, SUMIF-INDEX-MATCH kombinasiyasından istifadə edərək bu məsələni daha qısa yoldan həll eləməyə çalışacayıq. Burdakı nümunə yenə də bir sütuna əsasən şərti toplama edir …

INDEX

INDEX-MATCH Kombinasiyası. VLOOKUP Əvəzi və daha Çoxu (+Video)

Excel istifadəçiləri arasında VLOOKUP funksiyasının istifadəsi yayğındır. Ancaq onun müəyyən limitləri var. (VLOOKUP haqqında ətraflı məlumat üçün). Digər tərəfdən, INDEX-MATCH kombinasiyasını işlədərək həm işinizi daha da sürətləndirə həm də, VLOOKUP funksiyasının edə bilmədiyi əməliyyatları əldə edə bilərsiniz. INDEX-MATCH funksiyasının VLOOKUP-dan üstün cəhətləri aşağıdakı kimidir. VLOOKUP sadəcə axtarılan məlumatın qarşısındakı sütunları …

AREAS

Soraq və İstinad Funksiyaları (MATCH, ROW, ROWS, COLUMN, COLUMNS, AREAS, INDEX)

Soraq və İstinad funksiyalarından istifadəsi asan olan bir neçə funksiya haqqında yazacam MATCH Funksiyası MATCH (Uyğunluq) axtarılan dəyəri göstərilən aralıqda, seçilmiş axtarış tipinə əsasən axtararaq ilk tapdığı sıra nömrəsini gətirir. Üç arqumenti var: =MATCH(axtarılan dəyər; axtarış diapazonu: [axtarış tipi]) =MATCH(lookup value;lookup array;[match type]) Üçüncü arqumenti məcburi deyil. Üç seçimdən ibarətdir: …

COLUMNS

Məlumatlar Tamdır amma Funksiya Gətirmir? VLOOKUP-da Qarşılaşılan Xətalar (+Video)

VLOOKUP işlədərkən bəzən funksiya məlumatları gətirmir. Halbuki cədvələ geri dönüb baxanda görürük ki, həmin məlumat orda var ancaq funksiya tapa bilmir. Bugün, istifadəçilərin VLOOKUP işlədərkən ən çox qarşılaşdıqları problemlər haqqında yazacam. Ən çox rastlanan problemlər bu şəkildədir. Məlumat növlərinin eyni olmaması Əgər axtardığınız məlumat “rəqəm” və cədvəldəki məlumatlar isə “mətn” formatındadırsa …

Başlanğıc

Dəqiq və Təqribi Axtarışa Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP (+Video)

Excel proqramında ən faydalı olmasa da, ən məşhur funksiya bəlkə də VLOOKUP-dir. İş yerlərində, “VPR verib gətirəcəm”, “məlumatlara VPR verdim amma hamisini gətirmədi” və s. kimi dialoqları eşitməmiş olmazsınız. Bugün həmin məşhur VPR (ВПР – rus dilində) funksiyası, yəni VLOOKUP funksiyası haqqında yazacam. VLOOKUP funksiyası, axtarılan məlumatı cədvəldə axtarır və …