Exceldə sayım funksiyaları dedikdə COUNT ilə başlayan funksiyalar nəzərdə tutulur. Bugünkü məqalədə, COUNTIF(S)-dən başqa digər sayım funksiyaları haqqında məlumat verəcəyik. Bunlar, COUNT, COUNTA və COUNTBLANK funksiyalarıdır. Eyni zamanda, SUMPRODUCT ilə sayım funksiyalarının hesablaya bilmədikləri məlumat növlərini hesablayacayıq. Aşağıdakı cədvəldə, məlumat növlərinə görə funksiyaların davranışları göstərilib. Məlumatların qarşısında onların təsviri verilib. …
Ən çox İnsan Resursları mütəxəssislərinin, bəzən də mühasiblərin istifadə etdiyi staj hesablama əməliyyatlarını Excelin köməkliyi ilə necə asanlaşdıra biləcəyimizi bu məqalədə baxacayıq. Şəkildəki nümunədə, hər bir işçi üzrə onun çalışma müddətləri göstərilib. İstənilən tarixdən başlayaraq geriyə doğru hesablamaq istəyirik ki, həmin əməkdaş hansı tarixdə işə başlayıb. Burdakı ən böyük problem, …
Mətnlər üzərində iş görərkən əsasən ortaq nöqtələr üzərindən gedilir. Yəni, mətn içərisindən müəyyən kəlimələri ayırmaq lazımdırsa, o zaman həmin mətnlərin ortaq xüsusiyyətləri nələrdir ona baxmaq lazımdır. Oxşarlıq nələrdə ola bilər: həmin mətnlər eyni formadadır (tarix, məhsul kodu və s.) kəlimələr cümlədə eyni sıradadırlar, ayırmaq istədiyimiz kəlimələr eyni simvollarla başlayır kəlimələr …
Şübhəsiz ki, Excel proqramının ən çox istifadə olunan, sürətli və faydalı funksiyalarından biri SUMIF(S) funksiyasıdır. Kimsə SUMIF funksiyasını istifadə etmirsə avtomatik olaraq ağlımızda həmin şəxsin Exceli biliyi haqqında suallar yaranır. Ancaq bəzi məlumatların toplanmasında SUMIF funksiyasının istifadəsi uyğun deyil. Buna istəsəniz SUMIF funksiyasının əskikliyi və ya xüsusiyyəti də deyə bilərsiniz. …
Exceldə müəyyən müddət işlədikdən sonra sizə standard və ya mürəkkəb funksiyalarin yetərli olmadiğını görəcəksiniz. Exceldə formulalarda ustalaşmaq və bir mərhələ də ilərləmək üçün “Array” funksiyaları bilmək şərtdir. Giriş Array fomulalara nə vaxt ehtiyac olur? Standard funksiyalar ilə hesablanması mümkün olmayan əməliyyatlarda Standard funksiyalarda hesablanması mümkündür ancaq, həmin nəticəyə gəlmək çox …
Proqramlaşdırma dilində “Wildcard” simvolları var ki, istənilən mətnlərin axtarışında, dəyişdirilməsində və ya filter olunmasında istifadə olunur. Bu məqaləmizdə hər bir simvolun ayrı-ayrılıqda və bərabər istifadə olunduğunda işimizi nəcür asanlaşdıracağına baxacayıq. Bu işarələr filterlərlə bərabər funksiyalarda da istifadə oluna bilir. İşarələrin ən çox istifadə olunduğu funksiyalar bunlardır: SUMIF(S), COUNTIF(S), AVERAGEIF(S), VLOOKUP, …
Məlumat funksiyaları arqumentində yazılan xana və ya dəyəri yoxlayaraq TRUE və ya FALSE nəticələrini verir. Hər birisinin yoxlama meyarı ayrı olsa da istifadələri eynidir. Xətalar ilə əlaqəli olan məlumat funksiyalarını (ISERR, ISERROR, ISNA, ERROR.TYPE) əvvəlki yazılarımızdan birində təqdim etmişdik. Bugün isə istifadəsi yayğın olan digər məlumat funksiyaları haqqında yazacayıq. ISNUMBER, …
Bugün bir cümlədə mötərizənin içərisindəki kəliməni necə ayıra biləcəyimizə baxacayıq. Bu məqalədə olan nümunədə mötərizə cümlənin istənilən hissəsində və istənilən hərf uzunluğunda ola bilər ancaq, qeyd olunan funksiyalar ilk gördüyü mötərizə üzərində əməliyyat görür. Cümlə içərisində bir neçə mötərizə olma hallarını başqa məqalədə ələ alacayıq. Məsələnin həlli üçün ayrı ayrı …
Mətn funksiyalarının köməyi ilə biz Ad-Familiyada kəlimələri ayıra bilirik. Eyni metodu istifadə edərək cümlədən ilk kəliməni və ya hər hansı simvol ilə ayrılan iki kəliməni bir birindən ayırmaq olar. Familiya (ilk kəlimə)-nın mətndə ayrılması Şəkildəki nümunəmizdə biz əgər ilk öncə familiyanı ayırmaq istəyiriksə formulamız bu şəkildə olacaq =LEFT(A2;FIND(” “;A2)-1) Burda …
VLOOKUP işlədərkən bəzən funksiya məlumatları gətirmir. Halbuki cədvələ geri dönüb baxanda görürük ki, həmin məlumat orda var ancaq funksiya tapa bilmir. Bugün, istifadəçilərin VLOOKUP işlədərkən ən çox qarşılaşdıqları problemlər haqqında yazacam. Ən çox rastlanan problemlər bu şəkildədir. Məlumat növlərinin eyni olmaması Əgər axtardığınız məlumat “rəqəm” və cədvəldəki məlumatlar isə “mətn” formatındadırsa …