OFFSET ilə İki Sütunlu Cədvəllərdə Məlumatların Gətirilməsi (3. Həll Yolu)

COUNTIF

Əvvəlki yazımızda OFFSET funksiyası haqqında ilk məqaləmizi yazdıq və nümunə olaraq funksiyanın SUMIF kimi istəfadəsinə baxdıq. Bugünkü məqalədə isə, iki sütuna əsasən məlumatların gətirilməsini OFFSET funksiyası ilə həll edəcəyik. İkili (və daha çox) sütuna əsasən məlumatların gətirilməsi haqqında bundan əvvəl 2 ayrı həll yolunu yazmışdıq. Bu məqalə isə, eyni problemin üçüncü həll yoludur. Digər iki həll yollarını aşağıdakı linklərdən oxuya bilərsiniz.

İki və Daha Çox Sütuna Əsasən Məlumatların Gətirilməsi (1. Həll Yolu) – VLOOKUP, INDEX-MATCH

İki və Daha Çox Sütuna Əsasən Məlumatların Gətirilməsi (2. Həll Yolu) – SUMIFS-INDEX

Bu həll yolunun düzgün işləməsi üçün, “Region” adlarının düzgün sıralanması lazımdır. Sıralanma növü (A-Z, Z-A) mühüm deyil, yetərki eyni adlı regionlar sıra ilə göstərilsin.

Əsas məntiq ondan ibarətdir ki, region adlarına əsasən OFFSET funksiyası iki sütundan ibarət cədvəl yaradır və həmin cədvəli VLOOKUP içərisində istifadə edirik. VLOOKUP içərisində yaradılan cədvəldə isə “Satış Nöqtəsi” kriteriyasına əsasən axtarış veririk. Yəni, verilən böyük cədvəl içərisində biz “Region” seçimindən asılı olaraq digər bir kiçik cədvəl yaradırıq.

İlk arqumentdə başlanğıc xana seçildı. “D2” xanasının seçimi məcburi deyil, istədiyiniz xanadan başlaya bilərsiniz. Ancaq, düzgün hissəyə gəlmək üçün (qirmızı diapazon) ikinci və üçüncü arqumentlərdə lazımi düzəlişlər edilməlidir.
İkinci arqumentdə, region adına əsasən cədvəl yaradılması üçün “Region” adını MATCH funksiyası içərisində istifadə etdik. Bu arqument, VLOOKUP funksiyası içərsində istifadə olunacaq cədvəlin hardan başlayacağını təyin edir. Bu şəkildə, hər dəfə “Region” məlumatı deyəşildiyi zaman düzgün sətrə gələrək yeni cədvəlin başlanğıc hissəsini təyin edəcək.
Üçüncü arqumentdə, bir sütun kənarlaşdırdıq. Bizə “Region” adlarının olduğu sütun lazım deyil, çünki VLOOKUP içərisində “Satış Nöqtəsi”-nə əsasən axtarış verəcəyik.
Dördüncü arqument, yaradılacaq olan kiçik cədvəlin neçə sütundan ibarət olmasını təyin edir. Həmin cədvəlin sətr uzunluğu isə, seçilən “Region” məlumatının sayısı qədər olmalıdır. Bu səbəbdən COUNTIF funksiyası ilə seçilən region adının sayısını tapdıq.
Beşinci arqumentdə isə 2 rəqəmini qeyd etdik, çünki VLOOKUP içərisində istifadə olunacaq cədvəl 2 sütundan ibarət olacaq.

=OFFSET(D2;MATCH(B11;D:D;0)-2;1;COUNTIF(D:D;B11);2)

Qeyd olunan OFFSET funksiyasının nəticəsi bu şəkildədir. (Region = Aran Zonası)

{"Ağdaş Market"\"Qədirov Elxan";"Nuru Topdan"\"Əhmədov Zaur";"Oba Market"\"Aslanov Ayaz"}

Artıq əldə etdiyimiz cədvəli VLOOKUP içərisində istifadə edərək “Satış Nöqtəsi” məlumatının qarşısındakı şəxsi gətirəcəyik.

=VLOOKUP(B12;OFFSET(D2;MATCH(B11;D:D;0)-2;1;COUNTIF(D:D;B11);2);2;0)

OFFSET funksiyası ilə yaratdığımız cədvəl VLOOKUP funksiyasının ikinci arqumentində, yəni cədvəl arqumentində istifadə edərək həmin cədvəldə ikinci şərtimiz olan “Satış Nöqtəsi”-nə əsasən axtarış verdik.

Digər bir sözlə, biz xəyali olaraq şəkildəki kimi “Region” məlumatına əsasən filter yaratdıq və daha sonra isə, filter tətbiq olunmamış sütunları (qırmızı kvadrat) VLOOKUP içərisində istifadə edərək “Satış Nöqtəsi”-nin qarşısındakı məlumatı gətirdik. Bu metodun düzgün işləməsi üçün “Region” sütunumuz sıralanmış olmalıdır.

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …