Statistik Funksiyalar – MAX(A), MIN(A), SMALL, LARGE

Başlanğıc
MAX və MIN Funksiyaları

MAX – siyahıdakı ən böyük dəyəri tapır.

MIN – siyahıdakı ən kiçik rəqəmi tapır

Funksiyaların bir məcburi arqumenti var. Arqumentlər 255-ə qədər yazıla bilər.

=MAX(A2:A5)     "Nəticə: 99"
=MIN(A2:A5)     "Nəticə: 10"

Arqumentlərdə diapazon, rəqəm və ya adlı xanalar istifadə oluna bilər

=MAX(A2:A5;120)      "Nəticə: 120"

Mətnləri və boş xanaları nəzərə almır. Əgər bütün arqumentlər mətn və ya boş xana olarsa “0” nəticəsi verir

Şəkildəki nümunədə mətn, boş xana və mətn formatənda rəqəm daxil edilib. Heç birisini tanımayaraq “0” nəticəsini verdi

Eyni zamanda TRUE və FALSE dəyərlərini də mətn kimi qəbul edir.

Siyahıda əgər “xəta dəyəri” olarsa funksiya nəticə vermir.

 

 

 

MAXA və MINA Funksiyaları

MAXA – siyahıdakı ən böyük rəqəmi tapır, mətn və məntiqi dəyərləri nəzərə alır.

MINA – siyahıdakı ən kiçik rəqəmi tapır, mətn və məntiqi dəyərləri nəzərə alır.

Şəkildəki 1-2 və 6-cı sıyahılarda MIN-MINA və MAX-MAXA funksiyalarının nəticələri eynidir. 3-cü siyahıda MAX funksiyası TRUE-FALSE dəyərlərini mətn kimi tanıdığı halda MAXA funksiyası TRUE dəyərini “1” kimi qəbul edir. 4-cü siyahıda da FALSE dəyəri MINA tərəfəndən “0” kimi qəbul edilib. 5-ci siyahıda isə, MAXA funksiyası mətnləri “0” kimi tanıyaraq “-1” rəqəmini ən böyük dəyər kimi tanımayıb.

SMALL və LARGE Funksiyaları

SMALL – siyahıdakı istənilən kiçik dəyəri tapır.

LARGE – siyahıdakı istənilən böyük dəyəri tapır.

MAX və MIN funksiyaları ən böyük və ən kiçik dəyərləri gətirdiyi halda, SMALL və LARGE funksiyalarında biz istədiyimiz böyüklükdəki (və ya kiçiklikdəki) dəyəri tapa bilirik. Misal üçün, verilən siyahıda ikinci (3-cü və s) böyük dəyər hansıdır?

Bu funksiyaların iki arqumenti var. İlk arqumentdə rəqəmlər qeyd olunur. İkinci arqumentində isə böyüklük (və ya kiçiklik) sırası qeyd olunur.

Verilən telefon model siyahısıda ən bahalı birinci və ən bahalı ikinci qəyməti tapmaq üçün funksiyalar

=LARGE(B2:B6;1)          "Nəticə: 2087"
=LARGE(B2:B6;2)          "Nəticə: 1599"

İlk arqumentdə rəqəmlərin olduğu diapazonu qeyd etdikdən sonra, ikinci arqumentdə istədiyimiz sıranı qeyd edirik.

Ən ucuz modellərin qiymətlərini tapmaq üçün isə SMALL funksiyasından istifadə edirik.

=SMALL(B2:B6;1)         "Nəticə: 159"
=SMALL(B2:B6;3)         "Nəticə: 1065"

Burda isə, ikinci arqumentdə 1 və 3 qeyd edərək ən ucuz birinci və üçüncü dəyərlərimizi tapdıq.

Bu funksiyalar, təkrar olunan dəyərləri də nəzərə alır. Misal üçün. verilən siyahıda əgər dublikat dəyərləriniz varsa o zaman onların hər birisini nəzərə alacaq. Şəkildəki qiymət siyahısında “1065” rəqəmi sizin üçün ikinci ən bahalı qiymət olmasına baxmayaraq funksiya hər bir xananı nəzərə aldığı üçün “1065” dəyərini üçüncü sıraya daxil edir.

 

  • Verilən rəqəm siyahısı boş olarsa funksiyalar #NUM! xətası verir
  • Verilən siyahıda əgər ancaq mətn olarsa #NUM! xətası verir
  • Verilən siyahıda axtarılan sıra sayısı rəqəm sayını keçirsə #NUM! xətası verir. Misal üçün, referans verilən diapazonda sadəcə iki ədəd rəqəm göstərilib ancaq biz üçüncü ən böyük (və ya kiçik ) rəqəmi tapmaq istəyirik. Tələb olunan şərt siyahıdakı rəqəm sayısından çox olduğu üçün xəta verəcəkdir.

Qeyd olunan nüanslar MAX və MIN funksiyalarında olmamasına baxmayaraq, SMALL və LARGE funksiyalarının istifadə sahəsi daha çoxdur.

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …