Məlumatların Geriyə və Aşağı Doğru LOOKUP Verilməsi, INDEX-MATCH və OFFSET

INDEX

Cədvəldə illər sütunlar üzrə, market və müqavilə nömrələri isə sətrlər üzrə verilib. Axtarışı market və il məlumatına əsasən veririk. Ancaq, rəqəmlərimiz market adıyla eyni sətrdə deyil. Tələb olunan rəqəmlər, market adlarının bir sətr aşağısında olan müqavilə nömrələri ilə eyni cərgədədir. Biz burda, tələb olunan marketin bir sətr aşağısına və sütunlar üzrə isə market adının olduğu sütunun gerisinə və ya qarşısına LOOKUP verməliyik.

INDEX-MATCH ilə həll yolu

Index-Match kombinasiyası ilə həll yolu eyni ilə sətr və sütunlara görə məlumatın gətirilməsi kimidir, ancaq sətrlərdə məlumatı axtararkən tapılan dəyərin üzərin “1” rəqəmini gələcəyik. Çünki, axtarılan dəyərlər market adlarının bir sətr altında yerləşən müqavilə kodu ilə eyni cərgədədir. Məsələn, biz əgər “D2:D11” diapozununda “Hiper Market”i axtarırıq.

=MATCH(I1;D2:D11;0)+1

=5+1

MATCH funksiyası “5” nəticəsini verir və biz üzərinə “1” rəqəmini gələrək müqavilə kodunun neçənci sətrdə olduğunu tapdıq. Digər arqumentlərdə isə dəyişiklik yoxdur. Tam funksiya bu şəkildədir

=INDEX(A2:F11;MATCH(I1;D2:D11;0)+1;MATCH(I2;A1:F1;0))

İstifadə olunan INDEX-MATCH funksiyaları haqqında bu linklərdən oxuya bilərsiniz

Sətr və Sütunlara Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP, HLOOKUP, INDEX-MATCH

INDEX-MATCH Kombinasiyası. VLOOKUP Əvəzi və daha Çoxu

 

OFFSET ilə həll yolu

Axtarılan dəyər bir xanadan ibarət olduğu üçün biz OFFSET funksiyasının ilk üç arqumentindən istifadə edirik. Çünki, 4-cü və 5-ci arqumentlər bir neçə xanadan ibarət diapazona referans vermək üçün istifadə olunur. İlk arqumentdə başlanğıc xanamızı “A1” göstərdikdən sonra MATCH funksiyası ilə “Market” adının neçənci sətrdə olduğunu tapırıq, və yenədə MATCH funksiyasından istifadə edirik. Bu funksiya OFFSET funksiyasının ikinci arqumentində qeyd olunur.

=MATCH(I1;D2:D11;0)+1

Əgər diapazonu “D1:D11” seçmiş olsaydı MATCH funksiyasının nəticəsi “6” olduğu üçün üzərinə “1” gəlmirik.

İkinci arqumentdə isə, neçə sütun sağa hərəkət etməli olduğunu göstərməliyik

=MATCH(I2;A1:F1;0)-1

İkinci arqumentdə isə nəticədən “1” rəqəmini çıxırıq, çünki ilk OFFSET funksiyası “A1” xanasından başlayır.

Tam funksiya bu şəkildədir

=OFFSET(A1;MATCH(I1;D1:D11;0);MATCH(I2;A1:F1;0)-1)

Bu şəkildə biz, OFFSET funksiyasının INDEX-MATCH əvəzinə necə istifadə olunabiləcəyini gördük.

OFFSET funksiyasının istifadəsi haqqında aşağıdakı linkdən oxuya bilərsiniz

OFFSET Funksiyası nədir?

 

 

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …