“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Başlanğıc

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsikənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı.

Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır.

Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. Ancaq biz hər bir cədvəlimiz üçün ayrı ad təyin etsək daha düzgün olar çünki, cədvələ referans verilən bütün funksiyalarda həmin cədvəl adı yazılacaq və funksiyalarımız daha başadüşülən, məlumatlarımız isə daha səliqəli olacaq. “Cədvəl”-in bəzi elemetləri aşağıdakı kimidir:

Funksiya daxil edərkən “A2:A10” şəklində öyrəşdiyimiz diapazonlar əvəzinə cədvəl adı ilə onun hissələri yazılır (seçim zamanı özü düşür). Misal üçün:

Başlıq sütunu: =COUNTA(Satis[#Headers])

Yekun Sətir: =COUNT(Satis[#Totals])

Sütun Seçimi: =SUM(Satis[AZN])

Data Diapazonu: =VLOOKUP(Satis;……..)

Excel həmin hissələrə ad təyin etdiyi üçün, istənilən sayıda məlumat əlavə olunduğunda diapazon adı dəyişmədiyi üçün yeni məlumatlar üçün funksiyanı dəyişməyə ehtiyac qalmır. Yəni, AZN sütununun toplamını əldə etdiyimiz zaman =SUM(Satis[AZN]) funksiyasının istifadəsində yeni məlumatlar yenə də Satis[AZN] diapazonun daxilində olduğu üçün yeni məlumatlar da toplanır.

Yartmış olduğumuz cədvəlləri “Name Box” hissəsində (şəkildə) və ya Formulas ⇒ Defined Names ⇒ Name Manager hissəsində də görə bilirik.

 

 

Funksiya Cədvəl Daxilində istifadə olunduğunda
Hesablama sütunun əlavə edilməsi

Əgər yeni sütun əlavə edib hesablama aparmaq istəyirsinizsə cədvəlin kənarına başlıq yazıb funksiya daxil etməniz kifayətdir.

Hətta sətrlər əlavə olunduğu zaman funksiya yeni məlumatlara da həmin funksiyanı tətbiq edəcək.

Əgər funksiyaların digər sətrlərə aid edilməsini istəmirsinizsə, xanaya funksiya daxil edildiyi zaman şəkildəki işarəni (ildırım işarəsi) klikliyib “Undo Calculated Columns” seçirsiniz.

Hesablama olan mövcud sütuna yenidən funksiya daxil etdiyinizdə funksiyanı bütün sətirlərə aid etməyə bilər. Bu zaman isə, funksiya daxil edilən xananın kənarına göy xəbardarlıq çıxacaq və onu klikləyərək “Overwrite all cells in this column with this formuala” seçərək funksiyanı bütün sətrlərə aid edə bilərsiniz.

Yekun Sətrdə funksiya istifadəsi

Cədvəllərin ən altında olan “Yekun Sətir” sətrinin görsənməsi üçün Table Tools ⇒ Table Style Options ⇒ Total Row yazısını seçilmiş edirsiniz. Digər yolu isə, cədvəlin ən aşağısına gəlib (son sətrdən bir aşağı) Alt+= qısayolunu klikləyirisiniz. Bu zaman avtomatik SUBTOTAL(109;”sütun”) funksiyası daxil ediləcək. SUBTOTAL filterlənmiş sətrləri də nəzərə aldığı üçün cədvəllərdə bu funksiya istifadə olunur.

“Yekun Sətir”in hər xanasında şəkildəki kimi siyahı yaranır. İstənilən funksiyanı siyahıdan seçərək həmin sütuna hesablamanı tətbiq edə bilərsiniz. “More function” hissəsində isə, siyahıda olmayan funksiyaları tətbiq etmək olur. Siyahıda olan funksiyalar SUBTOTAL tərkibində istifadə olunur. Misal üçün, Count seçildiyi zaman =SUBTOTAL(103;[ƏDV]) funksiyası daxil ediləcək.

Kənar funksiyalarınızda “Yekun Sətir”ə referans verildiyində, “Yekun Sətir” əlavə olunan funksiyada hesablanır. Ancaq daha sonra yekun sətir gizlədildiyində funksiya #REF! xətası verəcəkdir.

 

Kənardan yazılan funksiyalarda cədvəl referans verildiyində

Bütün sütunu seçməyə icazə verməyən SUMPRODUCT kimi bəzi funksiyalarda cədvəl istifadəsi üstünlük qazandırır çünki, yeni məlumatlar əlavə olunduğunda funksiya daxilində yazılan diapazonları yeniləməyə ehtiyac qalmır. Hətta SUMIF kimi bütün sütunu seçəbiləcəyimiz funksiyada yenə də cədvəl məsləhət görülür. Cədvəl daxilində olan sətr sayı hər ehtimalda daha az olduğu üçün hesablama müddətini azaldır.

Funksiya yazıldıqdan sonra cədvələ veriləcək referanslar şəkildəki kimi qeyd olunur. Ayrıca, cədvəl seçimi zaman hansı diapazonu seçəcəyiniz qara ox ilə göstərilir.

Əgər funksiya ayrı səhifələrdə yazılırsa cədvələ geri qayıtmadan referans vermək də mümkündür.

Cədvəl adını yazdıqdan sonra “[” işarəsi yazaraq cədvəlin bütün hissələrini şəkildəki kimi əldə etmək mümkündür.

Şəkildə, funksiya daxilində “Satıs[” yazdıqdan sonra həmin cədvəlin bütün hissələrini siyahı şəklində alırıq. Artıq istədiyimiz sütunları həmin cədvəldən rahatlıqla seçmək mümkündür. Misal üçün, cədəvələ SUMIF funksiyası daxil edildiyində bu şəkildə görsənəcək

=SUMIF(Satis[Mehsul Adi];"Mehsul 034";Satis[AZN])

“Cədvəl” (Table) 2007-ci ildən sonra Excelin bir çox hissələrində istifadə olunmağa başlandı. Xüsusən Excelin daxilində olmayan, xaricdən məlumat çəkimi zamanı məlumatlar “Cədvəl” formatında yaradılır. Ayrıca, Power Query, Power Pivot kimi yeni əlavələrdə cədvəl strukturu istifadə olunur.

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …