Exceldə Riyazi Əməl İşarələrinin (Operator) İstifadəsi
- By : Elnur Isayev
- Category : Başlanğıc, CONCATENATE, POWER, SUM
- Tags: Mətn və riyazi işarələrin istifadəsi
Excel formulalarda riyazi əməl işarələrinin istifadəsi mümkündür. İstifadə olunabiləcək işarələrin siyahısı aşağıdakı kimidir:
| Riyazi Əməllər | Adları |
| + | Toplama |
| – | Çıxma |
| * | Vurma |
| / | Bölmə |
| ^ | Qüvvətə yüksəltmə |
| & | Birləşdirmə |
| = | Bərabərdir (Məntiqi müqayisə) |
| > | Böyükdür (Məntiqi müqayisə) |
| < | Kiçikdir (Məntiqi müqayisə) |
| >= | Böyük Bərabər (Məntiqi müqayisə) |
| <= | Kiçik Bərabər (Məntiqi müqayisə) |
| <> | Bərabər deyil (Məntiqi müqayisə) |
Nümunələr:

Qeydlər:
Məntiqi Müqayisə olan riyazi əməllərin nəticəsi hər zaman “TRUE” və ya “FALSE” olacaq.
Birləşdirmə işarətinin nəticəsi isə hər zaman mətn (tekst) olacaqdır, rəqəmlər üçün istifadə olunsa da. Mis: =A2&B2 funksiyasının nəticəsi “56” tekst formatında olacaq.
Əlavə olaraq, bəzi işarələrin formula qarşılıqları mövcuddur. İşarə əvəzinə həmin formulalar istifadə olunsa eyni nəticə verəcəkdir.
Toplama (+) – SUM
Birləşdirmə (&) – CONCATENATE
Qüvvətə yüksəltmə (^) – POWER
Formulalarda riyazi işarələrin hesablanma sırası
Excel formulalarda hesablama apararkən işarələr arasında ardıcıllığı nəzərə alaraq əməliyyat görür. Həmin ardıcıllıqlar bizə orta məktəbdə riyaziyyat dərslərində öyrədilənlərdən fərqli deyil. Sıralama aşağıdakı kimidir.
| Simvol | İşarə | Hesablanma Sırası |
| ^ | Qüvvətə yüksəltmə | 1 |
| * | Vurma | 2 |
| / | Bölmə | 2 |
| + | Toplama | 3 |
| – | Çıxma | 3 |
| & | Birləşdirmə | 4 |
| = | Bərabərdir (Məntiqi müqayisə) | 5 |
| > | Böyükdür (Məntiqi müqayisə) | 5 |
| < | Kiçikdir (Məntiqi müqayisə) | 5 |
Comments:
No Comments