Exceldə Tarix məlumatlarina giriş

Başlanğıc

Bu məqalədə Excledəki tarix məlumatları haqqında danışacam. Tarix məlumatları üzərində işləmək və ya onların əsasında funksiyalar qurmaq üçün tarixlərin nə cür işlədiyini bilmək vacibdir.

Qısacası, exceldə tarixlər rəqəmdir. Daha doğrusu seriya nomrəsidir. 1900 cü il 1 Yanvardan etibarən birdən başlayaraq nömrələməyə başlayır. Misal üçün, 9 İyun 2016 tarixinin seriya nömrəsi isə 42530 dur. Yəni 1 Yanvar 1900-cü ildən etibarən 42530 gün keçib. Bu sayədə Exceldə tarix üzərindən hesablamalar mümkün olur. Misal üçün, iki tarix arasında gün fərqini tapmaq istəsəniz bir birindən çıxmanız kifayətdir. Excel 1 Yanvar 1900 və 31 Dekabr 9999cü illər arasını dəstəkliyir.

Xanalara tarix daxil edildiyində Excel avtomatik olarak tarix formatında göstərir. Ancaq yenədə rəqəm formatında olan məlumatı tarıx kimi formatlamaq istəyirsinizsə Home → Number → Short (Long) Date formatlamasını seçməlisiniz. Əlavə tarix formatları üçün isə, sağ klikləyib “Format Cells” hissəsindən istədiyiniz tarix formatını seçə bilərsiniz.

Tarix Məlumatının Xanaya Daxil edilməsi

Demək olar ki hər zaman tarixi özümüzə uyğun formatda daxil edirik. Əgər “30 İyun 2016” tarixini yazmaq istəyiriksə o zaman 30/06/2016 kimi daxil edəcəyik. Ancaq tarixləri bu şəkildə daxil edərkən ola bilər ki, tarix mətn formatında daxil edilmişdir. Bunun səbəbi isə, bilgisayarın öz regional ayarlarındandır. Belə ki, bizdə tarixlər gün/ay/il formatında daxil edələrkən Amerikada bu ay/gün/il formatında yazılır. Əgər bilgisayarda format ay/gün/il tarixindədirsə və biz öz formatımıza görə tarixi yazırıqsa o zaman tarix ya mətn ya da səhv tarıx şəklində daxil ediləcəkdir.

Yuxarıda göstərilən nümunədə, bilgisayarın öz ayarı ay/gun/il şəklindədir. Bu ayarda ikən öz formatımızda tarix daxil edərkən A sütunundakı kimi nəticə alırıq. Belə ki, əgər 30/06/2016 tarixini daxil etsək 30cu ay olmadığı üçün Excel məlumatı (A2) mətn olaraq qəbul edir. Əgər 01/06/2016 tarixini daxil etsək, o zaman 6 Yanvar kimi qəbul olunacaq. Bunu düzəltmək üçün Control Panel → Regional and Language Options hissəsindən düzəliş edirsiniz.

Şəkildə gördyünüz kimi, Format hissəsindən istədiyiniz tarix formatını seçırsıniz. Əgər gün/ay/il formatını seçmək istəyisinizsə dd-MMM-yy seçəçəksiniz.

 

Exceldə Vaxt Məlumatları

Excledə vaxt məlumatlari tarix kimi rəqəmlərnən ifadə olunur (arxa planda) ancaq vaxtlar tam rəqəmdən sonrakı hissəni təmsil edir. 1 İyun 2010 cu ilin seriya nömrəsi 40330 dur və əgər həmin tarixin günortasını göstərmək istəyiriksə dəyər 40330.5 olacaqdır.

Vaxt məlumatlarını daxil edərkən tarixdəki kimi formatlara diqqət yetirməyinizə ehtiyac yoxdur.

Əgər 24 saatı keçən vaxt daxil etdiyinizdə bir sonrakı tarixə keçər. “01/01/2015 25:00:00” yazıldıqda 02/01/2015 01:00:00” olaraq daxil ediləcək.

Daxil ediləbiləcək maksimum saat 9999 dur. Əgər 9999:99:99 daxil edilsə 19/02/1901 15:59 şəklində yorumlanacaq. Amma əgər 10 000:00:00 daxil etsəniz Excel bunu mətn məlumatı kimi qəbul edəcək.  

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …