Mətn Funksiyalari – Başlanğıc Səviyyə (LEFT, RIGHT, MID, FIND, SEARCH) (+Video)

Başlanğıc

Mətn (Text) Funksiyaları – Giriş (LEFT, RİGHT, MİD)

Exceldə ən çox rəqəmlər üzərində hesablama aparmağımıza baxmayaraq mətnlər üzərində də dəyişikliklər etmək ehtiyacı yaranır. Excel 2010 da 24 ədəd mətn funksiyaları mövcuddur və ehtiyacımız olacaq bir çox əməliyyatları görməyə fürsət verir.  Ola bilsin ki, bu 24 funksiyadan bəzlirini heç vaxt istifadə etmə fürsəti olmayacaq ancaq bəzi funksiyalar da varki, tez tez istifadə olunacaq. Çalışacam ki, hər bir funksiya haqqında ilkin məlumatla yanaşı, həmin funksiyaları müxtəlif məsələlərdə istifadə edərək daha qəliz problemlərin həll edək.

LEFT (SOL) – funksiyası xananın solundan göstərilən hərf sayısınca mətni ayırır. İki arqumenti var: xana və hərf sayısı. Əvvəlcə xana göstərilir və daha sonra ayırmaq istədiyiniz hərf sayısını qeyd edirsiz. Mis

RIGHT (SAG) – funksiya xananın sağından göstərilən hərf sayısınca mətni ayırır. İki arqumenti var: xana və hərf sayısı. Əvvəlcə xana göstərilir və daha sonra ayırmaq istədiyiniz hərf sayısını qeyd edirsiz. Mis

MID (ORTA) – funksiya başlanğıc yerini və uzunluq sayısını verməklə mətni ayırır. Üç arqumenti var: text, başlanqıc sayısı, hərf sayısı. Başlanqıc sayısı soldan etibarən sayılaraq yazılır. Yuxarıdakı nümunədə əgər 13 rəqəmindən sonra beş xananı ayırmaq istəyirsinizsı funksiya aşağıdakı kimi olacaqdır

Şəkildə də görüldüyü kimi, funksiyada göstərilən 12 rəqəmi soldan etibarən sayıldıqda A1 xanasındakı 13 rəqəminə (1 daxil) gəlib çatır.

FIND (TAP) – funksiya istənilən hərfi (və ya işarə) mətnin içində axtararır və soldan etibarən neçənci sırada olduğunu göstərir. Nəticəsi hər zaman rəqəmdir. Əgər tapmırsa səhv (#VALUE!) olduğunu göstərir. Mis

Bu nümunədə funksiya vergül (,) işarətini A1 xanasında axtarıb neçəncı sırada olduğunu yazıb. Diqqət etdinizsə vergül işarəti dırnaq (“”) arasında göstərilib. Bir qayda olaraq, funksiya içərisində mətnlər hər zaman dırnaq işarəti ilə göstərilir.

Funksiyanın üç arqumenti var: (tapilacaq_mətn, mətnin_içərisində, [başlanqıc_sayı]). Üçüncü arqument böyük mötərizədə göstərilib, bu o deməkdir ki, üçüncü arqument məcburi seçim deyil. İstifadə oluna da bilər olunmaya da. Başlanqıc sayı, axtarılan hərfin neçənci hərfdən sonra axtarılmalı olduğunu göstərir. Bir əvvəlki nümunəyə vergül əlavə eliyərək misal verək:

Üçüncü arqumentdə 18 yazaraq göstərmək istədim ki, vergülü 18ci hərfdən sonra axtarsın və rəqəm olaraq ifadə etsin. İkinci vergülü 32 ci hərfdə tapdı.

SEARCH (AXTAR) – bu funksiya FIND funksiyası ilə eyni işi görür, ancaq bir fərqləri var. FIND funksiyası böyük və balaca hərf arasında fərq qoyur ancaq SEARCH funksiyası fərq qoymur.

Bu nümunədə hər iki funksiya ilə böyük “S” hərfini mətn içərisində axtarış verdik. Görüldüyü kimi FIND funksiyası A3 xanasındakı mətn üçün səhv verdi ancaq SEARCH funksiyası hər iki halda 18 rəqəmini göstərdi.

Ayrıca, funksiyalar haqqında melumatı youtube kanalımdan da izləyə bilərsiniz.

Zaman ayırdığınız üçün təşəkkürlər

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …