Saytlardan kopyalanan rəqəmlərin exceldə rəqəm formatında düşməməsi və 2 ayrı həll yolu (+Video)

Başlanğıc

Bəzən olur ki, saytlardan və bəzəndə fərqli hesabatlardan rəqəmləri excələ kopyalayarkən rəqəmlər exceldə düzgün formatda tanınmır. Bu vəziyyətlə çoxu zaman mühasiblər vergi saytındakı hesabatı excelə atarkən qarşılaşırlar. Bu zaman necə etməli ki, həmin kopyaladığımız məlumatları düzgün formata gətirib üzərində hesablamalar apara bilək?

Məlumatı kopyaladığımız zaman, bir çox hallarda, rəqəmlər ilə bərabər əlavə simvollarda əlavə olunur. Şəkildədə görsəndiyi kimi, əlavə olunan simvol boşluq simvoluna oxşayır

.

Ancaq istər TRIM funksiyası ilə, istərsə də excelin “Ctrl+F – Replace” xüsusiyyəti ilə həmin simvolu ilə silmək mümkün olmur. Bunun səbəbi isə, həmin simvol boşluq kimi görsənsədə, əslində başqa bir simvoldur. Bunu CODE funksiyası ilə də görmək mümkündür. CODE funksiyası hər bir simvolun rəqəmsəl kodunu göstərir. Boşluq simvolun kodu “32” dir ancaq sözü gedən simvolun kodu isə “160” dır. Bu səbəbdən problem həmin “160” kodlu simvolu silməklə həll olunacaq.

Birinci həll yolu (Ctrl+F – Replace)

Birinci həll yolunda hərkəsin çox istifadə etdiyi “Ctrl+F və Replace” funksianallığından istifadə etməklə olacaq. Ctrl+F kliklədikdən sonra ilk sətrə həmin simvolu kopyalayıb yapışdıraq, ikinci sətrə isə heç bir simvol yazmırıq.

İkinci həll yolu (Funksiya)

Problemin ikinci həll yolu isə funskiya olacaq. Həmin məlumatları rəqəmə dönüşdürmək üçün aşağıdakı funskiyadan istifadə edəcəyik.

=SUBSTITUTE(B2;CHAR(160);"")+0

və ya

=SUBSTITUTE(SUBSTITUTE(B2;CHAR(160);"");".";",")+0

Funksiyanı iki hissəyə ayırmamın səbəbi isə, bəzi bilgisayarlarda ondalıq sayılar vergül (,) ilə, bəzilərində isə nöqtə (.) ilə göstərilir və əgər sizin bilgisayarda ondalıq sayılar vergül ilə göstərilibsə, o zaman məlumatlar rəqəm formatına düşməyəcək. Bu səbəbdən, biz yenidən nöqtələri vergülə çüvirməliyik ki, düzgün rəqəm formatı ala bilək.

Nümunə faylını yükləmək üçün

Daha ətraflı məlumat üçün aşağıdakı youtube videosuna baxa bilərsiniz.

Təşəkkürlər

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …