Tarix Funksiyalarına Qısa Baxış (YEAR, MONTH, DAY, DATE, TODAY, NOW, WEEKDAY, WEEKNUM)

Başlanğıc

Bugünkü yazımızda ən sadə tarix funksiyalarına qısa baxış olacaq. Funskiyalarda “seriya nömrəsi” tarix məlumatının özünü təmsil edir. Arqument kimi “seriya nömrəsi” tələb edən funsksiyalarda tarixlər düzgün formatda olmalıdır. Tarix məlumatları haqqında daha ilkin məlumatı “Exceldə Tarix Məlumatlarına Giriş” adlı məqaləmizdən oxuya bilərsiniz.

YEAR (İl) – Seriya nömrəsini il rəqəminə çevirir.

MONTH (Ay) – Seriya nömrəsini ay rəqəminə çevirir

DAY (Gün) – Seriya nömrəsini gün rəqəminə çevirir.

DATE (Tarix) – rəqəmləri tarixə çevirir. Üç arqumenti var, (il,ay,gün). =DATE(2000,12,01) funksiyası “01 Dekabr 2000” tarixinin seriya nömrəsini verəcəkdir. Bu funksiyada arqumentlər “rəqəm” olaraq daxil edilməli olmasına baxmayaraq, həmin rəqəmlər mətn formatında olsa da funksiya düzgün çalışacaq.

TODAY (Bugün) – bugünün tarixini göstərir. Arqumenti yoxdur. TODAY funksiyası, cədvəl hər dəfə hesablandıqda yenidən hesablanır.

NOW (İndi) – bugünün tarixini və vaxtını göstərir. Arqumenti yoxdur.

WEEKDAY (Həftənin Günü) – Verilən tarixin həftənin neçənci günü olduğunu göstərir. Nəticəsi 1-dən 7-ə kimi olur. İki arqumenti var: (seriya nömrəsi, cavab tipi). Cavab tipində şəkildə gördüyünüz kimi siyahı çıxacaqdır. Bizə uyğun olanı 2 nömrəli olandır. Yəni, həftə Bazar ertəsi ilə başlayır və Bazar günü bitir.

Misal üçün, bügünkü tarixin həftənin neçənci günü olduğunu tapmaq üçün funksiya bu şəkildə yazılacaqdır

=WEEKDAY(TODAY();2)

WEEKNUM (Həftə Nömrəsi) – Həftənin il içində neçənci olduğunu göstərir. Bir ildə 52 həftədən hansı nömrəli həftə olduğunu göstərir. İki arqumentə var, (seriya nömrəsi, cavab tipi). Bir əvvəlki funksiyada olduğu kimi 2 nömrəli sətir bizim tarix formatımıza uyğun olanıdır.

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …