Yuvarlaqlaşdırma Funksiyaları (ROUND, ROUNDUP, ROUNDDOWN, INT) və Formatlama ilə Fərqi

Başlanğıc

Çoxu zaman hesabatlarımızda ya görüntü məqsədli ya da tələb olunduğu üçün yuvarlaqlaşdırmalar aparırıq və bir çox zaman rəqəmlərimizi tam sayılara qədər yuvarlaqlaşdırırıq. Ancaq bugün, istər tam sayı, istər vergüldən sonra bir neçə səviyyəyə qədər, istərsədə 10, 100 və ya 1000 li rəqəmlərə qədər yuvarlaqlaşdırma əməliyyatlarına baxacayıq.

Exceldə yuvarlaqlaşdırmalar üçün əsasən üç funskiyadan istifadə olunur. Bunlar; ROUND, ROUNDUP, ROUNDDOWN funskiyalarıdır. Ancaq, INT funksiyası bəzi hallarda yuvarlaqlaşdırma kimi istifadə oluna biləcəyi üçün onu da bu kateqoriyaya aid etdim. Əvvəlcə hər bir funksiya haqqında qısa məlumat verib, daha sonra isə hər biri haqqında qarşılaşdırmalı nümunələrə baxacayıq.

Funksiya Təyinat Arqumentləri
ROUND Standard yuvarlaqlaşdırma. rəqəm, səviyyə
ROUNDUP Üstə doğru yuvarlaqlaşdırma rəqəm, səviyyə
ROUNDDOWN Aşağı doğru yuvarlaqlaşdırma rəqəm, səviyyə
INT Ancaq tam sayı hissəsini ayırır rəqəm

Aşağıdakı nümunələrdə sarı xana ilə göstərilən rəqəmlər funksiyaların ikinci arqumenti olan “səviyyə”ni göstərməktədir. Funksiyalarda həmin xanaya (G1) referans verilib. Siz öz hesabatlarınızda referans vermək əvəzinə istədiyiniz səviyyəni funksiyanın içinə də yaza bilərsiniz. Misal üçün:

=ROUND(A2;2)
=ROUNDUP(A2;2)
=ROUNDDOWN(A2;2)
Tam sayılara yuvarlaqlaşdırma

Onluq sayıları tam sayılara yuvarlaqlaşdırmaq üçün funksiyaların ikinci arqumenti “0” olmalıdır. Ancaq funksiyalardan asılı olaraq bizim nəticələrimiz fərqlənəcək.

ROUND funksiyası riyaziyyat dərslərindən bildiyimiz adı yuvarlaqlaşdırma olduğu üçün nəticə “7386” oldu.

ROUNDUP funksiyası, vergüldən sonrakı rəqəmlərin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər zaman üstə doğru yuvarlaqlaşdırır.

ROUNDDOWN funksiyası, vergüldən sonrakı rəqəmdən asılı olmayaraq hər zaman aşağı doru yuvarlaqlaşdırır.

INT funksiyası isə, hər zaman tam sayını götürür. Şəkildəki nümunədə göründüyü kimi səviyyə əgər “0” olacaqsa hər zaman ROUNDDOWN funksiyası ilə eyni nəticə verəcəkdir.

Natamam rəqəmlərin yuvarlaqlaşdırılması

Əgər rəqəmlərimizdə ondalıq sayılar çoxdursa o zaman ROUND funksiyalarında “səviyyə” arqumentinə müsbət rəqəmlər ilə istədiyimiz səviyyəni qeyd edib hesablama apara bilərik. Bu funksiyalarda hər zaman vergüldən sonrakı yuvarlaqlaşdırmalar üçün müsbət rəqəm istifadə olunur.

INT funksıyasının nəticəsi bir əvvəlki nümunə ilə eynidir, çünki hər zaman bizə rəqəmin tam hissəsini verəcəkdir. Bu funksiyada “səviyyə” arqumenti yoxdur.

Rəqəmlərin 10, 100, 1000 (və s) ilə yuvarlaqlaşdırılması

Əgər hesablamalarımızda tam sayıları da özlərinə ən yaxın 10 və ya 100 lü rəqəmlərə yuvarlaqlaşdırmaq istəyiriksə, o zaman funksiyaların ikinci arqumentində “səviyyə” dərəcəsini mənfi rəqəmlərlə göstərməliyik.

ROUND funksiyalarının “Formatlama” ilə fərqi

Bəzən olur ki, istifadəçilər ROUND funksiyası ilə rəqəmlərin formatlanmasını qarışdırırlar. Rəqəmlərin formatlanması ya “ribbon” hissəndəki natamam sayıları (şəkildəkı düymələr ilə) azaltmaqla, ya da “sağ klik” dən sonrakı “Format Numbers” menüsü ilə icra olunur.

Ancaq, bu iki anlayış bir birlərindən tamamilə fərqlidir.

Ən əsas fərq ondadır ki, formatlama sizin rəqəmlərin sadəcə görüntüsünü dəyişir, ancaq ROUND funksiyası riyazi əməliyyat apararaq sizin rəqəmlərinizin özünü dəyişir.

Misal üçün,

Aşağıdakı nümunədə göy xanaya (A1) “123,456” rəqəmini yazaraq tam sayıya qədər formatladım. Amma “A1” xanasında rəqəmimiz “123” kimi görsənməyinə baxmayaraq əslində nəticə dəyişmiyib. Bunu, “formula bar” hissəsində də (qırmızı halqalanmış hissə) görə bilərik. Hətta, “B1” xanasına “123” yazıb arasındakı fərqi hesabladığımızda bizə “0” nəticəsini vermiyəcəkdir. Əgər rəqəmlərimiz eyni olmuş olsaydı nəticəmiz “0” olmalıydı.

Bu nüans xırdaçılıq kimi görsənə bilər ancaq, xüsusi ilə kiçik rəqəmlər üzərindəki əməliyyatlarda düzgün olmayan hesablamalara səbəb ola bilər.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …