Mətn (Text) Funksiyaları (LEN, SUBSTITUTE, REPLACE, CODE, CHAR, EXACT)

Başlanğıc

Bugün, növbəti mətn funksiyalarından altı ədəd funksıya haqqında ilkin məlumat verəcəm. Bunlardan LEN və SUBSTITUTE funksiyaları digərlərinə görə daha çox istifadə olunur. Ancaq digərlərinin də, müəyyən məsələlərin həllində köməkləri var.

LEN (UZUNLUQ) – funksiya tək bir arqumentdən ibarətdir. Göstərilən xanadakı məlumatın neçə simvoldan ibarət olduğunu göstərir.

Bu funksiya, xana içərisində olan istənilən simvolun sayını göstərir. Yəni, əgər xanamızda istər boşluq, istərsə də “Yeni Sətr” (New Line – Alt Enter) simvolları olsa, yenə də həmin simvolları sayacaqdır.

SUBSTITUTE (ƏVƏZLƏMƏ) – Mətn sətrində mövcud mətni yeni mətnlə əvəz edir. Dörd arqumentdən ibarətdir: (mətn, köhnə_mətn,yeni_mətn,[nümunə_sırası]). Nümunə ilə daha aydın olacaqdır:

Birinci nümunədə dördüncü arqument istifadə edilməmişdir. A1 (mətn), hansı mətn xanası üzərində əməliyyat aparacağımızı göstərir. “0” (köhnə_mətn), mətn xanasındakı hansı hərfi dəyişdirmək istədiyimizi göstərir. “1” (yeni_mətn), köhnə mətni hansı mətnlə əvəzlənəcəyini göstərir. Görüldüyü kimi funksiya mətndə olan bütün “0” ları “1” lərlə əvəzləmişdir.

İkinci nümunədə məcburi olmayan dördüncü arqumentdən istifadə edərək neçənci köhnə mətni əvəzləmək istədiyimizi göstərmişik. Funksiyada da görüldüyü kimi ikinci “0” hərfini “x” ilə əvəzlədik.

Ayrıca onu da qeyd edim ki, bu funksiyanın dördüncü arqumenti digər heç bir funksiyada yoxdur (təcrübəmə əsasən) və funksiyanın bu xüsusiyyəti bəzə problemlərin həllində çox köməkçi olacaqdır. Bu, FIND və ya SEARCH funksiyalarının üçüncü arqumentindən (başlanğıc yeri) fərqlidir. FIND və ya SEARCH funksiyalarının üçüncü arqumenti, neçənci hərfdən başlamalı olduğunu soruşur. Ancaq SIBSTITUTE funksiyasında isə axtarılan mətnin neçənci təkrarının üzərində əməliyyat olunmalı olduğunu soruşur.

REPLACE (ƏVƏZ ET) – bu funksiyani MID və SUBSTITUTE funksiyalarının birləşməsi kimi başa düşmək olar. Belə ki, bu funksiya MID funksiyası kimi mətn məlumatının istənilən yerində və istənilən hərf sayısınca alıb SUBSTITUTE funksiyasındakı kimi göstərilən mətn ilə əvəzliyir. Dörd arqumentdən ibarətdir: (köhnə_mətn,başlangıc_sayı,hərf_sayı,yeni_mətn)

Nümunədə A2 köhnə mətndə beşinci hərfdən etibarən 6 hərf uzunluğundakı mətni “XXX” yeni mətni ilə əvəzləmişdir.

CODE və CHAR Funksiyaları

Gördüyümüz hər bir simvolun əlaqəli kod nömrəsi vardır. Excel ANSI simvol dəstini istifadə edir. Bu dəst 255 simvoldan ibarətdir. ANSI simvol dəstinin tam siyahısı aşağıdakı kimidir

Şəkildəki cədvəli aşağıdakı formulaların köməyi ilə düzəldə bilərsiniz (göy rəngli rəqəm sütunlarını düzətdikdən sonra)

=IFERROR(CHAR($A2&B$1+0);"")
=IFERROR(CHAR($A2*10+B$1);"")

Bu simvol dəstləri ilə işləmək üçün iki funksiya mövcuddur. Bunlar CODE və CHAR funksiyalarıdır. Bu funskiyaların sadəcə bir arqumenti var.

CODE funksiyası verilen mətn üçün ANSI nömrəsini gətirir. =CODE(“B”) funksiyasının nəticəsi 66 olacaqdır. Əgər funksiya kəlimə və ya cümləni göstərsə o zaman ilk hərfin nömrəsini gətirəcəkdir. =CODE(“Salam”) funksiyasının nəticəsi 83 dür.

CHAR funksiyası isə CODE funksiyasının tam tərsidir. Yəni, verilən rəqəmə əsasən mətn qarşılığını gətirir. =CHAR(66) bizə “B” hərfini verəcəkdir.

Bu funksiylar digərləri kimi çox istifadə edilməməsinə baxmayaraq yerinə görə çox faydalı ola bilərlər. Misal üçün, əvvəlki yazılarımızın birində internetdən kopyalanan rəqəmlərdəki artıq simvolun nə olduğunu CODE funksiyasının köməyi ilə tapmışdıq.

EXACT (DƏQİQ) funksiyası iki xananın (mətnin) eyni olub olmadığını yoxlayır. Nəticəsi TRUE və ya FALSE olur. İki arqumenti var, (mətn1, mətn2). Əslində deyə bilərsiniz ki, “=” bərabər işarəti bu işi görür, funksiyaya nə ehtiyac var? Mis:

Yuxarıdakı nümunə ikisi arasındakı fərqi göstərir. Bərabər işarəti böyük və balaca hərflər arasında fərq göstərmir və onların eyni olduğunu göstərir. Ancaq EXACT funksiyası fərqli olduqlarını göstərir. Bunun səbəbi isə fikrimcə, EXACT funksiyası qarşılaşdırarkən mətnlərin ANSI kodlarına baxır. Yuxarıdakı cədvəldə də görüldüyü kimi  (“A” – 65 və “a” – 97) simvolların kodları fərqlidir.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …