Şərtə Əsasən Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları (+Video)

Başlanğıc

Excel istifadəçilərinin ən çox istifadə etdiyi funksiyalardan biri də SUMIF(S)-dir. Bunun üçün hər zaman səhifələrdən birində bazamız (datalar) olur və biz də həmin bazaya əsasən hesabat qururuq. Bizim quracağımız hesabat bir və ya bir neçə kriteriyadan ibarət olur. Misal üçün, səhifələrimizin birində satış məlumatları olduğunu fərz edək və həmin bazada şirkətin məhsullarının hansı müştərilərə satıldığı tarixlər üzrə sıralanıb. Biz əgər sadəcə “məhsullar” (kriteriya) üzrə hesabat almaq istəyiriksə o zaman SUMIF funskiyasını istifadə etmək kifayətdir. Yox əgər bizim hesabatımızı həm “məhsul”, həm də “tarix” üzrə almaq istəyiriksə o zaman SUMIFS funksiyasından istifadə etməliyik.

Kriteriya (meyar) , bizim nəyin əsasında hesabatımızı almaq istədiyimizi göstərir. Hesabatımızdakı əsas göstəricilərdir. Üstdəki nümunədə bizim kriteriyalarımız “məhsul”, “müştəri” və “tarix” məlumatlarından biri və ya bir neçəsi ola bilər.

SUMIF Funksiyası

Tək bir kriteriya üzrə toplama əməliyyatı aparır. Referans verilən sütunlarda (diapazon) bizim kriteriyaya uyğun gələn sətrləri, bizim göstərdiyimiz rəqəm sütunundan (toplama diapazonu) toplayır. Üç arqumenti vardır:

=SUMIF(diapazon; meyar; toplama diapazonu)

=SUMIF(range; criteria; sum range)

Şəkildə sol tərəfdəki (A və B sütunları) məlumatlar bazanı təmsil edir. Sağ tərəfdəki cədvəl isə (D1:E4 aralığı) bazanın əsasında qurulan hesabatdır. Həmin cədvəldə bizim kriteriyamız “məhsul”lardır və biz həmin kriteriya əsasında toplama əməliyyatı aparmışıq. Hər bir məhsulun qarşısında bazadakı toplam satışlar toplanmışdır.

Funksiyada arqumentlərin hansı diapazonlar ilə əlaqələndirildiyi oxlar ilə göstərilib. Funksıyanın 1 və 3-cü arqumentləri (qırmızı ox) hər zaman məlumatların olduğu diapazonları göstərməlidir. Funksiya arqumentlər ilə tələb edir ki, əvvəlcə cədvəldə göstərilən kriteriyanın mövcüd olduğu “kriteriya diapazonu”nu (1-ci arqument) göstər. Daha sonra həmin “kriteriya diapazonu”nda hansı kriteriyaya (meyar) görə toplama əməliyyatı aparmaq lazımdır onu qeyd et (yaşıl ox). Ən sonda isə (3-cü arqument) toplama əməliyyatını aparmaq üçün “toplama diapazonu”nu qeyd et. Bütün arqumentlər düzgün şəkildə qeyd edildikdən sonra funskiya şərtə görə toplama əməliyyatı aparacaqdır.

SUMIFS Funksiyası

SUMIF funksiyasından fərqli olaraq, bir neçə kriteriyaya (meyar) əsasən toplama əməliyyatı aparır. Microsoftun saytında yazılan məlumata əsasən maksımum 127 kriteriya seçilə bilər, ancaq təcrübəmdə 7-dən çox kriteriyaya ilə rastlaşmamışam. Arqumentləri bu şəkildədir

=SUMIFS(toplama diapazonu; kriteriya diapazonu 1; kriteriya 1; kriteriya diapazonu 2; kriteriya 2 .........)

=SUMIFS(sum range; criteria range 1; criteria 1; criteria range 2; criteria 2; ..........)

Bu funskiyada arqumentlərin yeri fərqlidir. Burda əvvəlcə “toplama diapazonu” daha sonra isə digər diapazonlar sırası ilə tələb olunur. Ancaq, SUMIF funksiyasındakı kimi, “diapazon” yazılan arqumentlərdə hər zaman məlumatların olduğu sütunu göstərir, “kriteriya” yazılan yerdə isə qurmuş olduğumuz cədvəldəki “kriteriya” xanalarını göstərməliyik.

Şəkildə soldakı siyahı (A:C) məlumat bazamızı, sağdakı cədvəl isə (E1:G4) qurulan hesabatı göstərir. İlk əvvəl “toplama diapazonu”nu qeyd edirik (C:C), daha sonra isə sırasıyla “kriteriya diapazonu” və “kriteriya”lar seçilir. Burda diqqət ediləsi digər məqam da odur ki, “kriteriya diapazonu” hansı sütun seçilirsə, ona uyğun “kriteriya” seçilməlidir. Şəkildə də, əvvəlcə “A” sütunu seçilib, daha sonra isə ona uyğun “kriteriya” göstərilib (“1” rəqəmi yazılan oxlar). Əgər məhsul diapazonu (A:A) seçildikdən sonra kriteriya olaraq satıcılar seçilərsə (“2” nömrəli yaşıl ox) funksıya düzgün nəticə (adətən “0”) vermiyəcək.

Şərtə görə toplama əməliyyatlarında ən çox bu iki funksiya istifadə olunur. Bu funksiyaların istifadəsi asandır, sütunu tam seçməyə imkan verir və də sürətli hesablayır (digər funksiyalara görə).

Əslində, SUMIFS funksiyası SUMIF əvəzinə istifadə oluna bilər. Ancaq, SUMIFS funksiyası Excelin 2007 versiyasından sonra yaradılıb. Əgər hazırladığınız cədvəldə SUMIFS istifadə etmiş və həmin hesabatı göndərdiyiniz şəxsdə Excel 2003 quruludursa, o zaman funksiya yazılan xanalarda #NAME? xətası verəcəkdər. Əgər belə bir ehtimal varsa o zaman SUMIFS əvəzinə digər funksiyalardan (mis SUMPRODUCT) istifadə etmək məsləhətdir.

Qeyd: cədvəllərin qurulumunda sütunların sabitlənməsinə xüsusi ilə diqqət yetirmək lazımdır. Videoda istifadə olunan sabitləmələrə baxa bilərsiniz.

Nümunə Faylı

Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …