Mətn (Text) Funksiyaları (CONCATENATE, TRIM, PROPER, UPPER, LOWER, CLEAN, REPT) (+Video)

Başlanğıc

CONCATENATE (BİRLƏŞDİR) – funksiya göstərilən xanaları və mətnləri birləşdirir. Rəqəmlərdə də istifadə olunur, ancaq nəticə hər zaman mətn olacaqdır. Əgər “1” və “5” rəqəmlərini birləşdirsək “15” (mətn formatında) verəcəkdir. Mətn kimi görsənən rəqəmlər üzərində rəyazi əməliyyat apardıqda rəqəmə çevrilir. Bu funksiyanın əvəzləyicisi “&” operatorudur.

Birinci nümunədəki kimi xanaların bir birlərinə tam birləşməsini istəmirsizinzə, araya qoyacağınız hərf və ya mətni də funksiyanın içərisində göstərmək lazımdır. Mətnlər dırnaq içərisində göstərilir.

 

TRIM (KƏS) – kəlimələrin arasındakı tək boşluqdan başqa bütün əlavə boşluqları silir. Bir arqumenti var, funksiyada mətn olan xana göstərilir.

Nümunədə A1 xanasında kəlimənin əvvəlində, ortasında və sonunda əlavə boşluqlar var. TRIM funksiyası artıq olanları silib iki kəlimə arasında bir boşluq saxladı.

 

PROPER (DÜZGÜN) – funksiya, mətndə göstərilən hər bir kəlimənin ilk hərfini böyük, digərlərini isə kiçik hərfə çevirir.

Birinci nümunədə, PROPER funksiyası hərfləri qarışıq olan mətni düzgün hala saldı. İkinci nümunədə isə TRIM funksiyası ilə bərabər işlədərək mətn tam düzgün vəziyyətə salındı.

 

UPPER (BÖYÜK) – mətni böyük hərflərə çevirir. Bir arqumenti var, (mətn)

LOWER (KİÇİK) – mətni kiçik hərflərə çevirir. Bir arqumenti var, (mətn)

 

CLEAN (TƏMİZLƏ) – Çap olunmayan simvollari mətndən təmizləyir. Ən çox “New Line” (CHAR(10) – Yeni sətr) simvolunu təmizləmək üçün istifadə olunur. Ancaq, Exceldə mövcüd 255 simvoldan 39 simvolu silmək üçündə istifadə oluna bilər.

Şəkildə görsənən (29 ədəd) bütün simvolları CLEAN funskiyası ilə təmizləmək mümkündür. Bunlardan əlavə CHAR(30, 31, 129, 141, 142, 143, 144, 157, 158) simvollarını təmizləyir.

 

REPT (TƏKRAR) – verilən mətn və ya simvolu qeyd olunan ədəd sayısınca təkrarlayır. İki arqumentdən əbarətdir, (mətn, ədəd)

Nümunədə “0” rəqəmi 5 dəfə, “*-*” simvolları isə 3 dəfə təkrarladılmışdır. Rəqəmlər üzrəində istifadə olunduğu zaman da nəticəsi mətn olacaqdır (A1 xanasındakı kimi).

REPT funksiyasının istifadəsi çox deyil. Bəzən köməkçi funskiya kimi digər funksiyaların tərkibində istifadə olunur. Ancaq, bəzən də istifadə olunma yerinə görə əvəzsiz ola bilər.

Funksiyanın digər istifadəsi də bu şəkildə ola bilər.

Şəkildəki cədvəldə aylara görə satış rəqəmləri verilmişdır və həmin rəqəmlərə əsasən Excelin standard diaqramları əvəzinə REPT funksiyasından istifadə edərək diaqram yaradılmışdır.

=REPT("l",B2/20)

Funskiyada, “l” simvolunu satış rəqəmin 20-ə bölərək təkrarlatmışam. 20-ə bölmə səbəbi isə, diaqramın çox uzun olmasını istəmədiyimə görədir.

 

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …