Soraq və İstinad Funksiyaları (MATCH, ROW, ROWS, COLUMN, COLUMNS, AREAS, INDEX)

AREAS

Soraq və İstinad funksiyalarından istifadəsi asan olan bir neçə funksiya haqqında yazacam

MATCH Funksiyası

MATCH (Uyğunluq) axtarılan dəyəri göstərilən aralıqda, seçilmiş axtarış tipinə əsasən axtararaq ilk tapdığı sıra nömrəsini gətirir. Üç arqumenti var:

=MATCH(axtarılan dəyər; axtarış diapazonu: [axtarış tipi])
=MATCH(lookup value;lookup array;[match type])

Üçüncü arqumenti məcburi deyil. Üç seçimdən ibarətdir:

1. less than (1) – daha az

2. exact mach (0) – dəqiq uyğunluq

3. greater than (-1) – böyük

Əgər seçilməszsə öndəyər kimi “less than – 1” üzrə əməliyyat görəcək.

Əgər üçüncü arqumentdə “1” seçilibsə, “axtarış diapazonu” kiçikdən böyükə doğru (artan-ascending) sıralanmaldır. Əgər “0” seçilibsə sıralanmaya ehtiyac yoxdur və əgər “-1” seçilibsə sıralanma böyükdən kiçiyə doğru (azalan – descending) sıralanmalıdır. “1” və”-1″ seçimləri aralıq məlumatlarının axtarışı üçün uyğundur.

Nümunədə hərflər üç ayrı sıralama ilə göstərilib. Şəklin aşağısında isə, iki hərfi ayrı ayrılıqda həmin siyahı ilə MATCH funksiyası verilib və nəticələri qarşılaşdırılıb.

Sarı xanada göstərilən “S” hərfi MATCH funksiyası içərisində aidiyyatlı axtarış tipi qeyd olunmaqla bərabər onlara uyğun siyahılara (axtarış diapazonu) referans verilmişdir.

=MATCH(B10;A2:A8;1)     Artan
=MATCH(B10;B2:B8;-1)    Azalan
=MATCH(B10;C2:C8;0)     Dəqiq Axtarış

Burda “axtarış tip”ləri sıralanmaya uyğun verildiyinə görə düzgün sıra nömrəsi gətirmişdir. Yəni, “S” hərfini qeyd olunan aralıqlarda axtarmış və həmin aralığda neçənci sırada olduğunu tapmışdır. Burda funksiya, tapılan dəyərin sətr nömrəsini deyil, aralıqdakı sıra sayısını gətirir.

İkinci nümunədə isə, sıyahıda olmayan “B” hərfi axtarış dəyəri kimi istifadə olunub. Istifadə olunan funksiyalar sırasıyla aşağıdakı kimidir

=MATCH(C10;A2:A8;1)            Artan
=MATCH(C10;B2:B8;-1)           Azalan
=MATCH(C10;C2:C8;0)            Dəqiq Axtarış

“Artan” siyahıda “B” hərfi olmadığına görə “A” hərfində dayanıb onun sıra sayısını gətirib. “Azalan” siyahıda isə, “A” hərfinə çatmayaraq “G” hərfinin sıra sayısını gətirdi. “Dəqiq Axtarış”da isə “B” hərfi olmadığı üçün xəta verdi. Əgər siyahıları sıralanması üçüncü arqumentlə uyğun gəlməsə səhv nəticə alınacaqdır.

Bu funksiya daha çox iki siyahının qarşılaşdırılmasında və INDEX funksiyası ilə bərabər istifadə olunur. Ancaq başqa istifadələri də mümkündür.

ROW və COLUMN Funksiyaları

ROW (SƏTR) və COLUMN (SÜTUN) funksiyaları, istifadə edildikləri xanada neçənci sətrdə və sütunda olduqlarını göstərir. Misal üçün, “A5” xanasında yazılan ROW funksiyası “5”, COLUMN funksiyası isə “1” nəticəsini verəcəkdir.

ROWS və COLUMNS Funksiyaları

ROWS (SƏTRLƏR) funksiyası, seçilmiş olan sahədə neçə sətr olduğunu göstərir.

COLUMNS (SÜTUNLAR) funksiyası, seçilmiş olan sahədə neçə sütun olduğunu göstərir.

Şəkildəki nümunədə, hər iki funksiyada sarı rəng ilə (A1:B5) göstərilmiş ərazi arqument kimi istifadə olunub. Hər iki funksiyanın bir arquemnti var.

=ROWS(A1:B5)
=COLUMNS(A1:B5)

Seçilmiş ərazi “5” sətrdən ibarət olduğu üçün ROWS funksiyası “5”, “2” sütundan ibarət olduğu üçün isə COLUMNS funksiyası isə “2” nəticəsini verdi

ROW(S) və COLUMN(S) funskiyalarının tək başına istifadələri azdır ancaq digər funksiyalar içərisində köməkçi kimi faydalı ola bilər.

AREAS Funksiyası

AREAS (SAHƏLƏR) funksiyası, göstərilən referans üzrə sahə sayısını verir. Bir arqumeti var.

=AREAS(J2:M2)                Nətisəci: 1
=AREAS((A2;A5))              Nəticəsi: 2
=AREAS((L2:N4;L6:M8;L10))    Nəticəsi: 3

Əgər funksiya içərisində bir neçə sahəyə referans verilcəcəksə, həmin sahələr əlavə mötərizə içərisində göstəriləcək.

INDEX Funksiyası

INDEX funksiyası, göstərilən cədvəldə (və ya siyahı) sətir və sütun nömrələrini qeyd etdikdən sonra uyğun gələn dəyəri gətirir. Dörd arqumenti var

=INDEX(referans; sətr nömrəsi; [sütun nömrəsi];[sahə nömrəsi])
=INDEX(referance; row number; [column number]; [area number])

Yaşıl sütunlü cədvəlimizdə “B2:E5” sahəsinə INDEX funksiyasını tətbiq edərək “M1.003” marketinin “Rüb3” satışını görmək istəsək funksiyamız bu şəkildə olacaq

=INDEX(B2:E5;3;3)      Nəticə: 407

Üçüncü və dördüncü arqumentlər məcburi deyil. Əgər bir sütundan ibarət cədvəl seçmiş olsaq “sütun nömrəsi” arqumentini boş buraxa bilərik çünki, seçilən ərazi onsuzda bir sütundan ibarətdir.

Dördüncü arqumenti isə, bizim əgər iki cədvəlimiz varsa istifadə olunur. Misal üçün

=INDEX((B2:E5;B8:E11);3;3;2)     Nəticəsi: 259

Burda ilk arqumentdə hər iki cədvəli seçdim. Əgər iki və daha çox sahə seçiləcəksə əlavə mötərizə içərisində (AREAS funksiyasındakı kimi) göstərilir. Dördüncü arqumentdə isə “2” yazaraq göstərdim ki, funksiyanı seçilmiş iki sahədən ikincisinə tətbiq et. INDEX funksiyasının bir neçə ərazi üzrə istifadə olunması nadirdir.

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …