Excel-dən “Vergi Məcəlləsi”ni daha Rahat Oxuyun!

Hazır Modeller

Faylı Yükləmək üçün

Bu Excel faylı köməkliyi ilə Vergi Məcəlləsini daha rahat oxuya, kəlimələr üzrə axtarış verə və öz qeydlərinizi tuta bilərsiniz. Faylda nələr mövcüddur:

Mündəricat menüsunə klikləyərək məcəllədə olan bütün maddələri görə bilərsiniz. Eyni zamanda istədiyiniz maddəyə iki dəfə klikləyərək həmin hissəni aktivləşdirib istədiyiniz yerdən oxumağa başlaya bilərsiniz.

Əlaqəli Maddələr: Maddələrdə tez-tez digər maddələrə əlaqələndirmələr olur. Həmin maddələri oxumaq və ya yada salmaq üçün yenidən geri dönmək can sıxıcı ola bilər. Ancaq, maddənin üzərinə iki dəfə klikləyərək maddənin içərisindəki əlaqəli maddələri oxuya bilərsiniz. Həmin əlaqəli mətnlər pəncərədə sıralanır və istədyiniz maddəni aktivləşdirərək (və ya 1 dəfə klikləmə ilə) oxuya bilərsiniz.

Əgər özünüzdə “əlaqəli maddə” əlavə etmək istəyirsinzə “Maddə Əlavə Et” düyməsini klikləyin. İstədiyiniz xananı seçərək maddəni və ya maddələri əlaqələndirə bilərsiniz.

Əgər əlaqəni silmək istəyirsinizsə, həmin maddəni iki dəfə kliklədikdən sonra “təsdiqləyiniz”.

İstədiyiniz maddə ilə əlaqəli Qeyd” yazmaq üçün Pəncərənin sol alt küncündə “Qeyd Əlavə Et” düyməsini klikləyin. Qeydinizi yazdıqdan sonra təsdiqləyin. Artıq hər zaman bu maddəni açdığınız zaman “Qeyd”lərinizi görə biləcəksiniz. Əgər silmək istəsəniz iki dəfə klikləyib təsdiqləyiniz.

“Axtarış” menüsü

İstədiyiniz kəlimə üzrə axtarış edərək “vergi məcəlləsində” hansı maddədə həmin kəlimə keçibsə onları gətirəcək. Əgər axtarılan kəlimələri çoxaltmaq istəsəniz kəlimələr arasında “/” işarəsini yazın. Bu şəkildə eyni maddə içərisində yazdığınız bütün kəlimələri axtaracaq.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *