Exceldə “Xəta”lar (#Error), Funksiyaları və İdarə Olunması

Başlanğıc

Exceldə “Xəta”lar ən çox funksiyalar ilə işlədiyimizdə yaşanır. Bugün əvvəlcə “Xəta” növləri haqqında yazıb daha sonra isə həmin xətaları necə idarə edəbiləcəyimizə baxacayıq.

Funksiyanın nəticəsi olaraq “Xəta”

Ən çox qarşılanan “xəta” növüdür. Toplamda yeddi ayrı “xəta” ilə qarşılaşılır. Hər birisinin ayrı ayrılıqda öz səbəbləri var.

Sıfıra Bölünmə (#DIV/0)

Riyazı olaraq “0” rəqəminə (və ya boş xana) bölünmə olmadığı üçün bu xətanı verir.

=1/0
=SUM(A1:A5)/COUNTIF(A1:A5;">10")

Bölünən hissənin nəticəsi “0” olduqda və ya AVERAGEIF, STDEV kimi bölünməni özləri hesabladıqları funksiyalarda bu “xəta” yarana bilər.

Məlumat Yoxdur (#N/A)

Axtarış funksiyalarıda dəyər tapılmadığı zaman gətirir. Ən çox “Soraq və İstinad Funksiyaları”nda qarşılanılır. VLOOKUP, HLOOKUP, MATCH kimi funksiyalarda çox rastlanır.

=MATCH(4;{1;2;3};0)

Funksiyada “4” rəqəmini ikinci arqumentdə ({1;2;3}) tapa bilmədiyi üçün “xəta” (#N/A) verəcəkdir.

Qeyd: SUMIF, COUNTIF kimi hesablama funksiyaları məlumatı tapa bilmədiklərində “0” gətirir.

Yazılan Məlumat (Ad) Tanınmır (#NAME?)

Funksiya içərisində diapazonu düzgün qeyd etmədikdə, silinmiş “adlı diapazona” referans verildiyində, funksiya içərisində mətn məlumatları “dırnaq” içərisində yazılmadığında yaşanır. Bəzən də, fərqli excel versiyaları arasında yaşanır. Misal üçün, “Excel 2003” qurulu sistmedə “Excel 2007” də hazırlanmış və SUMIFS kimi “Excel 2003″də olmayan funskiyalardan qurulu cədvəli açdığınızda bu “xəta” ilə qarşılaşa bilərsiniz.

=LEN(dccdc)               
=AVERAGE(Satislar)

Bəzən də, funksiyanın adını səhv və ya natamam yazıb başqa xanaya keçdiyinizdə də bu “xata” ilə qarşılaşılır.

Sıfır Məlumat (#NULL!)

Göstərilən diapazonlar kəsişmirsə bu “xəta” nı verəcək. NULL “0” və ya simvol uzunluğu olmayan (=””) məlumatlardan fərqlidir.

=K2:K8 I1:I3

=SUM(A1 A2)

İkinci nümunədə isə SUM funksiyasında “;” əvəzinə “boşluq” yazıldığına görə “xəta” verir.

Funksiyada Rəqəm Problemi (#NUM!)

Ən çox düzgün göstərilməyən rəqəmlərə görə yaşanır. Misal üçün

=INDEX({1;2;3};4)

Nümunədə, INDEX funksiyası içərisində 3 sətrdən ibarət siyahı göstərilib ancaq ikinci arqumentdə 4-cü sırada olan məlumatın gətirilməsini istəmişik.

Düzgün Olmayan Referans (#REF!)

Əgər funksiya daxilində xanaya referans verilib və daha sonra həmin xana silinibsə “xəta” verəcəkdir.

=A22+1

=#REF!+1

Nümunədə funskiya yazıldıqdan sonra (=A22+1) 22-ci sətr silindiyinə görə #REF! xətası verdi.

Səhv Dəyər və ya Əməliyyat (#VALUE!)

Ən çox rəqəm və mətn qarışıq olan siyahıda riyazı əməliyyat aparmaq istədiyimzdə yaşanır.

=SUM("a";1)

 

Digər Xətalar
Formatlama Xətası (########)

Rəqəmlər xanaya sığmadığı zaman və ya “zaman və saat” formatlamalarında mənfi ilə düşən rəqəmlərdə yaranır.

#GETTING_DATA

Qarışıq və böyük cədvəllərdə hesablama zamanı yaranır. Hesablaması bitməyən xanalarda müvəqqəti olaraq bu xəta görsənə bilər

 

“Xəta”ları tanıyan Məlumat Funksiyaları

Excel bizə imkan verir ki, hesablamalarımızın nəticəsində “xəta” yaranarsa həmin xanalara xüsusi yanaşaraq düzəlişlər verə bilək. Bu şəkildə biz “xəta”larımızı gizlədərək cədvəllərimizdə düzgün görüntü yarada bilirik. Xəta məlumatlarına aid funksiyalar aşağıdakılardır.

Şəkildəki hər bir “xəta” haqqında yazdıq. Xətaları tanıyan ISERR, ISNA və ISERROR məlumat funksıyalarının fərqləri şəkildə göstərilib. Bu funksiyaların nəticəsi ya TRUE, ya da FALSE-dur. Hərbirisinin bir arqumenti var.

ISERR funksiyası #N/A xətasından başqa bütün xətaları tanıyır.

ISNA funksiyası təkcə #N/A xətasını tanıyır.

ISERROR funksiyası isə bütün xətaları tanıyır, heç biri arasında fərq tanımır.

ERROR.TYPE funksiyası isə hər bir xətanı tanıyır və təyin olunmuş sıralamaya əsasən nömrələyir. İstifadəsi yayğın deyil, ancaq yaranan xəta növündən asılı olaraq məlumat və ya funksiya yazacaqsanız faydalı ola bilər.

ISERR və ISNA funksiyalarının istifadəsi yayğın deyil. Əgər xəta növü sizin üçün əhəmiyyətli deyilsə hər zaman ISERROR işlətmək məsləhətdir.

 

“Xəta”ların İdarə Olunması

Əgər hesablamalarımızda hər hansı “xəta” yaranıbsa onları necə aradan qaldıra bilərik?

Excel-2007 versiyasından sonra IFERROR funksiyası təqdim edildi. Bu funksiya iki arqumentdən ibarətdir:

=IFERROR(dəyər;əgər səhvdirsə)
=IFERROR(value;value if error)

Birinci arqumentdə istəsəniz “xəta” yaranan xananı, istəsəniz də funksiyanın özünü daxil edə bilərsiniz. Əgər birinci arqumentdə xəta olmazsa onun nəticəsini, əgər xəta olarsa ikinci arqumentdə yazılan dəyəri  gətirir. İkinci arqumentdə mətn, rəqəm və ya başqa bir funksiya da yaza bilərsiniz.

=IFERROR(MATCH(4;{1;2;3};0);"Məlumat Tapılmadı")

Nümunədə MATCH funksiyası 4 rəqəmini siyahıda axtardı və əgər tapmazsa (ki tapmıyacaq) o zaman ikinci arqumentdə yazılan mətni gətirəcək.

Əgər sizin bilgisayarda Excel-2003 quruludursa IFERROR sizdə işləmiyəcək. Onu aşağıdakı funksıya ilə əvəz edə bilərsiniz.

=IF(ISERROR(MATCH(4;{1;2;3};0));"Məlumat Tapılmadı";"Tapıldı")

Burda MATCH funksiyasını ISERROR içərisində istifadə etdim. Əgər xəta verərsə ikinci arqumenti, verməzsə üçüncü arqumenti icra edəcək. İkinci alternativ yol daha uzun olmasına baxmayaraq bizə bir əlavə imkan verir. Yəni, IFERROR funksiyasında əgər xəta yaranmazsa əldə olunan dəyəri gətirəcəyi halda, IF-ISERROR metodu isə həm xəta verdiyində, həm də normal hesablamada hər birisi üçün ayrı əməliyyat etməyimizə imkan verir.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …