Məntiq Funksiyaları – IF,AND,OR,IFERROR … (+Video)

AND

Məntiq Funksiyaları bizə hesablamatlarımızda alternativ həll yolları yaratmamıza imkan verir. Bu funksiyaların köməkliyi ilə, əlimizdə olan data və ya hesablamaların nəticələrinə əsasən əlavə hesablama və ya məlumat gətirmə imkanları yaranmış olur. Excel-2016 versiyasında toplam 9 ədəd məntiq funksiyası var. Bunların istifadəsi asandır. Məqaləmizdə ən çox istifadə olunanlardan başlayıb hər birisi haqqında ilkin məlumatlar verməyə çalışacayıq.

 

IF (Əgər) Funksiyası

Məntiq funksiyası deyərkən ilk ağla gələn IF funksiyasıdır.

Üç arqumenti var:

=IF(şərt;dəyər_əgər_düzdürsə;dəyər_əgər_səhvdirsə)

=IF(logical_test;value_if_true;value_if_false)

IF funksiyası ilk arqumentdə nəticəsi TRUE və ya FALSE olacaq şərt tələb edir. Belə ki, ilk arqumentdə biz nə yazacaqsaq yazaq, bunun nəticəsi ya TRUE ya da FALSE olmalıdır. Bu səbəbdən, ilk arqumentdə riyazi əməl işarələrinin (bu haqda yazılmış məqaləni oxumaq üçün), məlumat funksiyalarının və digər məntiq funksiyalarının istifadəsi yayğındır çünki, bu əməliyyatların nəticəsi ya TRUE ya da FALSE olur.

Şərtimizi ilk arqumentə yazdıqdan sonra, funksiya həmin şərtin nəticəsinə baxır və əgər şərtin nəticəsi TRUE-dursa ikinci arqumenti, FALSE-dursa üçüncü arqumenti icra edir. İkinci və üçüncü arqumentdə istifadəçinin istəyinə uyğun olaraq istəsə mətn, rəqəm və ya ayrı bir funksiya da yaza bilər.

Qeyd; İlk arqumentdə nəticə TRUE və ya FALSE olmadığı hallarda, əgər “0” dan başqa rəqəm olarsa funksiya bunu TRUE kimi, əgər “0” (və ya boş xanaya referans verilərsə) olarsa o zaman FALSE kimi qəbul edir. Əgər mətn olarsa o zaman isə #VALUE! xətası verəcəkdir.

Şəkildəki 1-ci nümunədə şərt olaraq “B2” xanasının “5” rəqəminə bərabər olub olmadığı yoxlanıldı və “5”-ə bərabər olduğuna görə ikinci arqumentdəki “Bərabərdir” kəliməsini gətirdi.

İkinci nümunədə “10” rəqəminin “5”-dən böyük olub olmadığı (B3>5) yoxlanıldı və nəticə TRUE olduğuna görə ikinci arqumentdəki məlumatı gətirdi.

Üçüncü nümunədə isə “B4” xanasındakı kəlimənin “Alma” olması yoxlanıldı və ikinci arqumenti gətirdi.

 

AND, OR, XOR Funksiyaları

AND (Və), əgər bütün arqumentlərin nəticəsi TRUE olarsa funksiya TRUE nəticəsi verir.

OR (və ya), əgər arqumentlərdən ən azı bir dənəsi TRUE olarsa funksiya TRUE nəticəsi verir.

XOR (müstəsna və ya), arqumentlərdəki TRUE sayısı tək rəqəmdirsə funksiya TRUE nəticəsi verir

Qeyd: XOR funksiyası Excel-2013 versiyasından sonra yaradılıb. İstifadəsi yayğın deyil. Excel-2010 və daha aşağı versiyalarda bu məntiqi əldə etmək üçün aşağıdakı funksiyalardan istifadə etmək olar

=ISODD(COUNTIF(A9:C9;TRUE))
və ya
=ISODD(SUMPRODUCT(--A9:C9))

AND funksiyasında bütün arqumentlərin nəticəsi TRUE olmalıdır.

Birinci nümunədə “75” rəqəminin “10 və 100” arasında olması yoxlanılıb. “75” rəqəmi eyni zamanda həm “10”-dan böyük, həm də “100”-dən kiçik olmalıdır. Hər iki şərt təsdiqini taparsa o zaman AND funskiyası TRUE nəticəsini verir. Funksiya bu şəkildədir

=AND(75>B2;75<C2)

İkinci nümunədə, qeyd olunan kodu (M1.001.01) həm “M1” ilə başlaması, həm də “01” ilə bitməsi yoxlanılıb. Qeyd olunan mətn hər iki şərti qarşıladığı üçün TRUE nəticəsi verdi. Funksiya:

=AND(LEFT(B3;2)="M1";RIGHT(B3;2)="01")

Üçüncü nümunədə isə, kodun “M2” ilə başlaması və rəqəmin “100”-dən kiçik olması yoxlanılıb. Kod “M2” ilə başlamasına baxmayaraq rəqəmimiz “100”-dən kiçik olmadığına görə funksiya FALSE nəticəsini verdi

=AND(LEFT(B4;2)="M2";C4<100)

OR funksiyasında isə, TRUE nəticəsini almaq üçün arqumentlərdən ən azı biri TRUE olmalıdır.

Şəkildəki siyahıda maşınlar haqqinda məlumat sıralanıb və biz həmin siyahıdan “Mercedes” model və ya “buraxılış ili” 2005 və üstü maşınları görmək istəsək funksiyamız belə olacaq;

 

=OR(B2="Mercedes";D2>=2005)

Yəni, müştəri qərarlaşdırıb ki, “Mercedes” model maşın alacam və əgər model “Mercedes” olmasa o zaman 2005 və üzəri buraxılış ili olmalıdır. Bu iki kriteriyadan hər hansı birisi TRUE nəticəsi verərsə OR funksiyası da TRUE nəticəsi verəcək. Digər FALSE nəticəsi verən sətrlərdə şərtlərin hamısı FALSE nəticəsi verir.

AND və OR funksiyalarının bərabər istifadəsi: üstdəki nümənədə biz əgər “Mercedes” model və ya 2005-ci ildən (daxil olmaqla) aşağı istehsal və qiyməti 13000 AZN-dən aşağı olan maşınları görmək istəsək və funksiyamızı bu şəkildə yazsaq düzgün olmayacaq

=OR(B2="Mercedes";D2>=2005;E2<13000)

Burda funksiya hər bir arqumenti tək-tək ələ alır. Şəkildəki nümunədə bu funksiyanı istifadə etsək bütün sətrlər üzrə TRUE nəticəsini verir çünki, qeyd olunan arqumentlərdən hər hansı biri şərtə düz gəlir.

=AND(OR(B2="Mercedes";D2>=2005);E2<13000)               Nəticə: Opel-Astra

Burda isə, əvvəlcə “model” və “buraxılış ili” arqumentlərimizi OR funksiyası içərisində istifadə etdik çünki bu şərtlərdən hər hansı biri bizə lazımdır. Daha sonra isə OR funksiyasında istifadə etdiyimiz şərtlər ilə bərabər bizə 13000-dən aşağı qiymətli maşınları axtardıq. Yəni, biz arqumentlərimizi iki hissəyə böldük, OR məntiqi ilə yazılan şərt ilə AND məntiqli şərtimizi ayrılıqda yoxladıq.

 

IFERROR və IFNA Funksiyaları

Əməliyyatlarımız nəticəsində xəta yaranarsa bu funskiyaların köməkliyi ilə yaranan xətaları istədiyimiz başqa bir dəyərə çevirə bilirik. IFERROR funksiyası haqqında “Xətalar” haqqında məqaləmizdə yazmışdıq. Bu funksiyaların iki arqumenti var; ilk arqumentdə xəta yaranma ehtimalı olan funksiya (və ya xana) yazılır, ikincisində isə xəta yarandığı halda hansı əməliyyatı icra edəcəyini qeyd edirik.

=IFNA(VLOOKUP(G10;L3:N6;2;0);"")

=IFERROR(1/0;"Bolunmur")

IFERROR funskiyası bütün xətaları, IFNA isə sadəcə “#N/A” xətasını tanıyir.

IFERROR funksiyası Excel-2007 versiyası, IFNA isə Excel-2013 versiyasından sonra istifadəyə verilib. Əvvəlki versiyalar üçün aşağıdakı kombinasıyalar istifadə oluna bilər

=IF(ISERROR("Funksiya");"Funksiya";"Basqa Netice")       IFERROR əvəzi

=IF(ISNA("Funksiya");"Funksiya";"Basqa Netice")          IFNA əvəzi

 

Digər Məntiq Funksiyaları

NOT, arqumentindəki nəticəni tərsinə çeviri. Bir arqumenti var. Əgər arqumentdəki nəticə TRUE isə NOT funksiyası bunu FALSE kimi (və əksinə) göstərir.

TRUEFALSE funksiyalarının heç bir arqumeti yoxdur. Hər birisi özlərini göstərir. Funksiya içərisində əgər şərtlərimizin nəticəsi olaraq hər hansı əməliyyat əvəzinə sadəcə olaraq TRUE və ya FALSE göstərməsini istəyiriksə o zaman bu funksiyalardan istifadə edə bilərik.

Məqalənin videolu izahini Youtube kanalından izləyə bilərsiniz

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …