Exceldə Mətn İşarələrinin (Wildcard – *,?,~,=) Istifadəsi

Başlanğıc

Proqramlaşdırma dilində “Wildcard” simvolları var ki, istənilən mətnlərin axtarışında, dəyişdirilməsində və ya filter olunmasında istifadə olunur. Bu məqaləmizdə hər bir simvolun ayrı-ayrılıqda və bərabər istifadə olunduğunda işimizi nəcür asanlaşdıracağına baxacayıq. Bu işarələr filterlərlə bərabər funksiyalarda da istifadə oluna bilir. İşarələrin ən çox istifadə olunduğu funksiyalar bunlardır: SUMIF(S), COUNTIF(S), AVERAGEIF(S), VLOOKUP, SEARCH, FIND, və s.

 

Ulduz (Asteriks – *)

İstənilən bir və ya bir neçə simvol deməkdir. Belə ki, bu simvol istifadə olunduğu zaman istənilən hərf uzunluğunu ifadə edir ancaq, digər köməkçi simvollar ilə bərabər axtarış şərtlərimizi daralda bilirik.

Simvollar Nümunə Kəlimələr Şərh
Sa* Salam, Sağol, Sabunçu “Sa” ilə başlaya istənilən mətn
*uz Ulduz, Qunduz, Ucuz İstənilən hərf ilə başlayıb və “uz” ilə bitən
*lik* Respublika, Nazilik, Like “lik” kəliməsi mətnin istənilən hissəsində

Filterlərdə də, həmin simvollardan istifadə edib axtarışlarımız asanlaşdıra bilirik. Nümunəmizdə “*b*ə* axtarışı verilib. Bu mətn, istənilən hərf ilə başlayıb, daxilində “b” və “ə” hərfləri olan və eyni zamanda da istənilən hərflə bitən kəlimələri gətirdi. Əgər axtarışımızı “b*ə” üzrə vermiş olsaydıq o zaman “Bərdə” və “barədə” kəlimələrini gətirəcəkdi çünki, həmin kəlimələr “b” hərfi ilə başlayır və “ə” hərfi ilə bitir. Bu iki hərf arasında istənilən hərf və istənilən uzunluqda ola bilər.

Eyni məntiqi funksiyalarımızda da istifadə etmək olur. Mətn axtarışlarında ən çox SEARCH və FIND funksiyaları istofadə olunur ancaq, SEARCH funksiyası böyük və kiçik hərflər arasında fərq qoymadığı üçün bu funksiya daha çox tərcih olunur.

=SEARCH("*uz";"Dan ulduzu")              "Nəticə: 1"
=SEARCH("naz*";"Vergilər Nazirliyi")     "Nəticə: 10"

Funksiya, qeyd olunan axtarış meyarlarını kəlimə içərisində neçənci sırada olduğunu bizə verdi.

Qeyd: Normalda “*” işarəsinin SEARCH funksiyası daxilində bu şəkildə istifadəsi uyğun deyil çünki, bu funksiya “*” işarəsi olmadan da kəlmə içərisində qeyd olunan mətn və simvolları axtarır.

=SEARCH("*uz";"Dan ulduzu")             "Nəticə: 1"
=SEARCH("uz";"Dan ulduzu")              "Nəticə: 8"

Hər iki funksiyada “uz” hərflərini kəlmə içərisində tapdı ancaq nəticələri fərqlidir çünki “*uz” axtarışında hərflərə qədər olan hissəni də funksiya nəzərə aldı. “*” işarəsi daha çox SUMIF və COUNTIF kimi funskiyalarda istifadə olunur.

Digər bir axtarış şəkli isə belə ola bilər. (A10 = Respublika)

=COUNTIF(A10;"*pub*")                     "Nəticə:1"

Nümunədə COUNTIF funskiyası SEARCH əvəzi istifadə olundu. Funksiya “A10” xanasında olan “Respublika” kəliməsi içərisində “*pub*” mətnini axtardı. Burda biz hər zaman ya “0” ya da “1” nəticəsini alacayıq.

 

Sual (Question Mark – ?)

Sual işarəsi isə istənilən bir (1) simvol deməkdir.

Simvollar Nümunə Kəlimələr Şərh
al?a Alma, Alça “al” simvollarından sonra istənilən hərf və daha sonra “a” hərfi
??? Saç, Kal, Göl Üç hərfdən ibarət istənilən kəlimə
????r Nahar, Bahar, Nübar Beş hərfdən ibarət və “r” hərfi ilə bitən istənilən kəlimə

Nümunələrdə də görsəndiyi kimi, “?” simvolu sadəcə bir hərfi təmis edir. İstədiyimiz kəlimə formatını əldə etmək üçün “?” işarəsini təkrarlatmaqla əldə edə bilərik. “*” işarəsinin təkrarladılmasının mənası yoxdur çünki, işarə onsuzda “bir neçə” simvolu təmsil edir.

Şəkildəki filterdə isə “???ə?” simvolları bizə, beş hərfdən ibarət və dördüncü hərfi “ə” olan kəlimləri verdi. Əgər “????” simvollarını yazsaq filter bizə dörd hərfdən ibarət bütün kəlimələri gətirəcək.

Simvolların funksiya daxilində istifadəsi:

=VLOOKUP("????n";{"xəbər"\1;"idarə"\2;"rayon"\3;"sakin"\4};2;0)       "Nəticə: 3"

Burda VLOOKUP funksiyası beş hərfdən ibarət və sonu “n” ilə bitən (????n) kəliməni tapdı və qarşısındakı rəqəmi (3) gətirdi. “Sakin” kəliməsi də həmin kriteriyaya uyğun gəlməsinə baxmayaraq “rayon” kəliməs ilk gəldiyi üçün funksiya ilk gördüyü məlumatı gətirdi.

 

“*” və “?” işarələrinin bərabər istifadəsi

Bu iki işarəni bərabər istifadə edərək bir çox standart mətnləri (kod, tarix və s.) cümlə içərisində tapa bilərik.

Simvollar Nümunə Kəlimələr Şərh
*?* Bütün kəlimələr Ən az bir hərfdən ibarət bütün kəlimələr
M?.* M1.123, M2.abcd “M” hərfi ilə başlayır, istənilən hərfdən sonra nöqtə və istənilən uzunluqda mətn
??/??/???? 12/01/1954 Cümlə içərisində istənilən tarix

Əgər cümlə içərisində axtardığımız mətnin forması müəyyəndirsə və həmin mətnin hərfləri hər dəfə dəyişirsə, o zaman “?” və “*” işarələrindən istifadə edib dəyişkən mətnli amma forması olan mətnləri tapa bilirik. Misal üçün:

Satış,Sənəd No 000005,NOM.01.000123,05 Oktyabr 2015” cümləsində biz əgər “NOM” ilə başlayan məhsul kodunu tapmaq istıyiriksə funksiyamız belə olacaq.

=SEARCH("NOM.??.??????";A10)                "Nəticə: 23"

Bu nümunədə fərz etdik ki, məhsul kodu “NOM” ilə başlayır və kodda olan rəqəmlər dəyişkəndir. Ancaq nöqtələrin yeri isə hər zaman eynidir. Bu şəkildə, müəyyən formada olan mətni asanlıqla tapa bilirik. Məhsul kodu cümlənin istənilən hissəsində başlaya bilər.

Bu iki işarənin (*,?) istifadəsi ehtiyacımız olan kəlimə axtarışlarımızın 99 faizi üçün kifayət edir.

 

???? (Tilde – ~)

“~” işarəsi sonrasında istifadə olunan simvolun eynisini axtarır. “*” və “?” işarələrini digər simvolların axtarışında istifadə etdik amma, sırf bu simvolların özlərini axtarsaq o zaman Excel bunu başa düşməyəcək. Çünkü, bu simvolların öz axtarış meyarları var. Həmin simvolları axtarmaq üçün biz “~” işarəsindən istifadə edəcəyik.

Qeyd: “~” işarəsinin azərbaycan dilində qarşılığını tapa bilmədim. Əgər bilən varsa “şərh” hissəsində yaza bilər. 🙂

Soldakı nümunədə biz əgər “?” işarəsi olan mətnləri görmək istəsək və sadəcə bu simvolu yazsaq biz ancaq bir hərfdən ibarət mətn siyahısını əldə etmiş olacayıq. Ancaq biz əgər “~?” yazsaq o zaman daxilində sual işarəsi olan mətnləri filterləmiş olacayıq.

Digər nümunədə isə (sağda) “Beş *” mətnini görmək istəyirik ancaq siyahı bizə “beş” kəliməsi ilə başlayan mətnləri gətirdi. “beş ~*” yazaraq bu kəlimədən sonra ancaq “*” simvolu olan mətni gətirdi.

 

Bərabər (Equal – =)

Bilindiyi üzrə SUMIF funksiyasında boş xanaya referans verildiyi zaman bazadakı boş xanaları toplaya bilmir. “=” simvolu SUMIF (COUNTIF və s) funskiyalarında boş xanaların üzərində əməliyyat aparmaq üçün istifadə oluna bilər.

Şəkildəki nümunədə biz əgər boş xanaya referans versək SUMIF funksiyası “0” nəticəsini verəcək. Ancaq aşağıdakı funksiya ilə boş xanaları da toplamaq mümkündür.

=SUMIF(A:A;"=";B:B)       "Nəticə: 5"

Nümunədə iki boş xana var ancaq funksiya sadəcə birini tanıdı. Çünki, ilk xanada =”” funksiyası daxil olunmuşdu. Funksiya ancaq məlumat daxil edilməmiş xanaları tanıyır.

Əgər hər iki xananı toplamaq istəsəniz bu funksiya istifadə oluna bilər

=SUMPRODUCT(--(LEN(A2:A7)=0);B2:B7)                  "Nəticə: 8"

 

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …