Sətr və Sütunlara Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP, HLOOKUP, INDEX-MATCH (+Video)

HLOOKUP

Blogumuzda VLOOKUP funksiyasının istifadəsi, alternativ həll yolu kimi INDEX-MATCH kombinasiyasının istifadəsi və çoxlu sütunlara əsasən məlumatların gətirilməsi haqqında məqalələrimiz oldu. Bugün isə, sətr və sütunlardan ibarət cədvəllərimizdə məlumatların gətirilməsi haqqında yazacayaıq. VLOOKUP, INDEX və MATCH funksiyaları haqqında ilkin anlayışı olmayanların əvvəlcə aşağıdakı məqalələri oxumaği daha yaxşı olardi, çünki bu məqalədə həmin funksiyalardan istifadə ediləcək.

  1. Soraq və İstinad Funksiyaları (MATCH, ROW, ROWS, COLUMN, COLUMNS, AREAS, INDEX)
  2. Dəqiq və Təqribi Axtarışa Əsasən Məlumatların Gətirilməsi – VLOOKUP
  3. INDEX-MATCH Kombinasiyası. VLOOKUP Əvəzi və daha Çoxu

Qeyd olunan məqalələr sizə, bu funksiyalar haqqında başlanğıc səviyyəsində məlumatlar verir.

Sətr və sütuna əsasən məlumatların gətirilməsini üç ayrı həll yolu ilə göstəriləcək.

Sətr və sütunlardan ibarət cədvəl dediyimizdə, bildiyimiz bir neçə sütundan ibarət cədvəllər nəzərdə tutulur. Tək tərəfli cədvəllərdə biz sadəcə sütunda olan məlumatları nəzərə alırıq. Burda isə, məlumatın gətərilməsi həm sətr, həm də sütunlardan asılıdır. Yəni, bizə həm sətr, həm də sütunu seçmək imkanı verilir.

 

VLOOKUP-MATCH

Üstdəki cədvələ əsasən, “Aprel” ayında “Məhsul 005” kodunun nə qədər satış etdiyini tapmaq istəyirik. Yəni, “Aprel – Məhsul 005” kəsişməsini tapmaq istəyirik.

Bildiyimiz kimi, VLOOKUP funksiyasının dörd arqumenti var. İlk arqumentdə axtarılan məlumat seçilir. Biz burda, sütunlarımızın bir neçə ədəd olmasını nəzərə almadan ilk iki arqumentimizi doldururuq. Əgər sütun asılılığımız olmamış olsaydı, üçüncü arqumentdə əlnən 6 yazacaqdıq. Ancaq biz, sütun adına (K1 xanası) asılılıq vermək üçün üçüncü arqumentə MATCH funksiyasından istofadə edəcəyik. MATCH funksiyası, K1 xanasında göstərilən sütun adını cədvəldəki sütunlar içərisində (“A1:G1” diapazonu) axgtaracaq və onun neçənci sırada olduğunu hesablayacaq. Bu şəkildə biz, istədiyimiz sətr və sütuna əsasən asılılıq yaradaraq onların kəsişən hissəsindəki məlumatı əldə edəcəyik.

=VLOOKUP(J1;A1:G9;MATCH(K1;A1:G1;0);0)               Nəticə: 30

MATCH funksiyasının axtarış diapazonu (ikinci kriteriya) ilə VLOOKUP funksiyasının cədvəl diapazonu (ikinci kriteriya) bir-birlərinə uyğun gəlməlidir. Funksiyamızda biz, VLOOKUP içərisində “A1:G9” diapazonunu, MATCH içərisində isə “A1:G1” diapazonunu qeyd etdik. Yəni, hər iki diapazonu “A1” xanasından başlatdıq ki, bu iki funksiya düzgün xananı göstərsin. Əgər funksiyanı “=VLOOKUP(J1;A1:G9;MATCH(K1;B1:G1;0);0)” şəkildə yazmiş olsaydıq “18” nəticəsini alacaqdıq. Çünki, MATCH funksiyasının nəticəsi “5” olacaqdı və VLOOKUP sütun nömrəsinə uyğun gəlmiyəcəkdi.

 

INDEX-MATCH

İndi isə, eyni nəticəni INDEX-MATCH kombinasiyası ilə əldə edəcəyik. Bu metodun ən böyük üstünlüyü ondadır ki, sətr məlumatlarımız cədvəlin istənilən hissəsində ola bilər, VLOOKUP-dakı kimi cədvəlin əvvəlində olma məcburiyyəti yoxdur.

INDEX funksiyasının üç arqumenti istifadə olunacaq. İlk arqumentdə əldə etmək istədiyimiz bütün nəticələr (diapazon) seçilir. İkinci arqumetdə tələb olunan sətr, üçüncü arqumentdə isə tələb olunan sütun nömrələri tapılır. VLOOKUP funksiyasından fərqli olaraq, biz burda iki dəfə MATCH funksiyasından istifadə edirik, çünki VLOOKUP funksiyası sırf sətrlərə əsasən məlumatı gətirməsi üçün yaradıldığına görə sətr nömrəsini özü tapır.

=INDEX(B2:G9;MATCH(J5;A2:A9;0);MATCH(K5;B1:G1;0))          Nəticə:30

İlk arqumentdə əldə etmək istıdiyimiz bütün nəticələr seçildi. Biz burda “B2:G9” seçməmizə baxmayaraq, “A1:G9” və ya “A:G” diapazonlarıda seçilə bilərdi. Yetərki ikinci və üçüncü arqumetdə istifadə ediləcək olan MATCH funksiyası diapazonları ilə uyğun olsun. İkinci arqumentdə isə “Aprel” ayının neçənci sətrdə olmasını tapırıq və MATCH(“Aprel”:{“Aylar”}; 0) funksiyasından istifadə edərək 4 nəticəsini alırıq. Üçüncü arqumentdə yenədə MATCH funksiyasından istifadə edərək “Məhsul 005” kodunun “5”-ci sütunda olmasını tapdıq. Bu şəkildə INDEX funksiyasının neçənci sətr və sütuna baxmasını MATCH funksiyaları ilə gösərərək kəsişmə nöqtəsindəki mılumatı əldə etdik.

 

HLOOKUP-MATCH

VLOOKUP funksiyasının tərsidir. Yəni, sətr əvəzinə sütun, sütun əvəzinə isə sətr istifadə edib nəticəyə gəlirik. Youtube kanalında daha ətraflı bu haqda danışmışam.

=HLOOKUP(K5;A1:G9;MATCH(J5;A1:A9;0);0)         Nəticə: 30

 

Digər Həll Yolları

Bu məsələnin alternativ həll yolları da var, ancaq həmin funskiyalar haqqında indiyə qədər məqalə yazmadığıma görə sadəcə adlarını qeyd edəcəm.

OFFSETboşluq ilə diapazonların kəsişməsi metodu ilə eyni nəticəyə gələ bilərik. İləriki tarixlərdə bu funksiyalar haqqında daha ətraflı yazacam.

Sizin də qeyd olunan həll yollarından başqa təkliflərinizi varsa şərh hissəsinə yaza bilərsiniz. Mənim fikrimcə ən yaxşı həll yolu INDEX-MATCH kombinasiyasıdır.

Məqalənin video versiyasını Youtube kanalımdan izləyə bilərsiniz.

Array Formulalar
Hesablanmış dəyərə əsasən LOOKUP verilməsi – Array (+Video)

Biz normal şərtlərdə LOOKUP verərkən sadə məntiqlə axtarılan dəyərin qarşısındakı (və ya hərhansı tərəfindəki) məlumatları əldə etmək istəyirik. Bəs müəyyən şərtlərə əsasən hesablanmış rəqəmlərin qarşısındakı məlumatları necə gətirmək olar? Bugünkü məqalədə bucür hesablamaların əsasında əldə edilən dəyərlərə görə necə LOOKUP veriləbiləcəyinə baxacayıq. Nümunə olaraq aşağıdakı cədvələ nəzər yetirək: Nümunədə hər hansı …

Array Formulalar
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – Array ilə (+Video)

Bir əvvəlki məqaləmizdə OFFSET ilə şərtə əsasən MAX və MIN rəqəmlərin tapılmasını gördük. İndi isə eyni nəticəyə Array metodu ilə gələcəyik. Array istifadəsinin OFFSET-ə nəzərən üstünlükləri: OFFSET funksiyasında şərtlərin olduğu sütun ardıcıl olmalıydı. Ancaq array istifadəsində buna ehtiyac yoxdur Şərtlərimizin sayı 2 və daha çox olarsa OFFSET ilə bunu həll …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …