Rəqəmlərin 5, 50, 500 (və s.) ilə Yuvarlaqlaşdırılması, 2 Ayrı Həll Yolu (+Video)

Başlanğıc

Keçən yazımızda yuvarlaqlaşdırma funksiyaları haqqında ümumi məlumat verdik. Həmin yazıda rəqəmlərin tam sayıya, vergüldən sonra istənilən səviyyəyə və ya 10, 100, 1000-li (və s) səviyyələrə yuvarlaqlaşdırmalarını gördük. Bugünki yazımızda isə, rəqəmlərin 5-li sayılara (5, 50, 500 və s.) necə yuvarlaqlaşdırıla biləcəyini görəcəyik. Əslində bugün görəcəyimiz yuvarlaqlaşdırma funskiyalari təkcə 5-li rəqəmlərə deyil, istədiyiniz müsbət rəqəmə yuvarlaqlaşdırma üçün istifadə oluna bilər.

ROUND funksiyalarındakı kimi, bu funksiyalarda üç ayrı hissəyə bölünür. Həmin funksiyalar aşağıdakı kimidir;

Funksiyalar Şərh Arqument Bənzərlik
MROUND Rəqəmi tələb olunan bölünənə yuvarlaqlaşdırır rəqəm, bölünən ROUND
FLOOR Rəqəmi tələb olunan bölünənə aşağı doğru yuvarlaqlaşdırır rəqəm, bölünən ROUNDDOWN
CEILING Rəqəmi tələb olunan bölünənə üstə doğru yuvarlaqlaşdırır rəqəm, bölünən ROUNDUP

MROUND funksiyası əldə olan rəqəmi tələb etdiyimiz bölünənə ROUND funksiyası kimi yuvarlaqlaşdırır. Misal üçün; əgər biz 1210 rəqəmini 500-ə yuvarlaqlaşdırmaq istəyiriksə 210 rəqəmi 500-ün yarısından az olduğu üçün nəticəmiz 1000 olacaqdır. Davranışı ROUND funskiyası kimidir.

=MROUND(1210;500)    = 1000

=MROUND(1365;500)    = 1500

FLOOR funksiyası əldə olan rəqəmi tələb etdiyimiz bölünənə ROUNDDOWN funksiyası kimi yuvarlaqlaşdırır. Tam hissədən sonra natamam hissənin böyüklük və kiçikliyindən asılı olmayaraq aşağı doğru yuvarlaqlaşdıracaqdır.

=FLOOR(1210;500)   = 1000

=FLOOR(1499;500)   = 1000

CEILING funksiyası əldə olan rəqəmi tələb etdiyimiz bölünənə ROUNDUP funksiyası kimi yuvarlaqlaşdırır. Tam hissədən sonra natamam hissənin böyüklük və kiçikliyindən asılı olmayaraq üstə doğru yuvarlaqlaşdıracaqdır.

=FLOOR(1001;500) = 1500

=FLOOR(1499;500) = 1500

Bu funksiyalarda, arqumentlərin hər iki tərəfi eyni simvolda olmalıdır. Yəni, hər ikisi ya mənfi, ya da müsbət rəqəmlərlə göstərilmədir. Aşağıdakı funksiya #NUM! xətası verəcəkdir.

=MROUND(1300;-500)
İkinci Həll Yolu

ROUND funksiyalarını istifadə edərək yenə də eyni nəticəyə gələ bilərik.

Nümunə, 2532 rəqəmini MROUND funksiyasındakı kimi 500 ilə yuvarlaqlaşdırmaq istəyiriksə, o zaman formula bu şəkildə olacaqdır

=ROUND(2532/500;0)*500

=ROUND(5,064;0)*500

=5*500

=2500

Əsas məntiq ondan ibarətdir ki, rəqəmimizi bölünənə böldükdən sonra yuvarlaqlaşdırıb yenidən bölünən ilə vurduq. ROUND funksiyası natamam hissəni yuvarlaqlaşdırdığı üçün 500 ilə vurduqdan sonra avtomatik olaraq 500-ə yuvarlaqlaşdırmış olduq.

Alternativ həll yolları bu şəkildə olacaqdır

Funksiyalar Alternativ həll yolu
MROUND =ROUND(2532/500;0)*500
FLOOR =ROUNDDOWN(2532/500;0)*500
CEILING =ROUNDUP(2532/500;0)*500

Nümunə faylını burdan yükləyə bilərsiniz

Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

Başlanğıc
“Cədvəl”lərdə (Table) Funksiya İstifadəsi

Cədvəllərdə funksiyanın istifadəsi iki şəkildə ələ alınacaq: cədvəl içində funksiya istifadəsi və kənardan yazılan funksiyalarda cədvələ referans verilməsi. Amma funksiya istifadəsinə keçməmişdən qabaq cədvəlin hissələri (elementləri) haqqında qısa məlumat vermək düzgün olardı. Cədvəlimizi yaradan kimi “Table Tools” adında yeni menümüz yaranır. Excel avtomatik olaraq cədvəllərimizə “Table1,2…..” şəklində adlar təyin edir. …

Başlanğıc
Exceldə Cədvəl (Table) İstifadəsinin Üstünlükləri

Excelin 2007 versiyasından sonra “Cədvəl” (Table) xüsusiyyətini təqdim etdi. “Cədvəl”-lərin köməkliyi ilə məlumatlarımız strukturlaşdırılır, qruplaşdırılır və onları analız etmək daha asan olur. İstifadəsi və yaradılması çox asan olmaqla bərabər, əməliyyatlarda çox üstünlüklər verir. Bəzi üstünlükləri: Yeni məlumatlar daxil edildikçə “Cədvəl” genişliyir və yaradılan funksiya, pivot və qrafiklərdə diapazonları yeniləməyə ehtiyac qalmır. Funksiya …