Məlumat funksiyaları arqumentində yazılan xana və ya dəyəri yoxlayaraq TRUE və ya FALSE nəticələrini verir. Hər birisinin yoxlama meyarı ayrı olsa da istifadələri eynidir. Xətalar ilə əlaqəli olan məlumat funksiyalarını (ISERR, ISERROR, ISNA, ERROR.TYPE) əvvəlki yazılarımızdan birində təqdim etmişdik. Bugün isə istifadəsi yayğın olan digər məlumat funksiyaları haqqında yazacayıq.
ISNUMBER, ISODD, ISEVEN Funksiyaları
ISNUMBER (Rəqəmdir), dəyərin rəqəm olmasını yoxlayir və əgər rəqəmdirsə TRUE, deyilsə FALSE nəticəsini verir.
ISEVEN (Cütdür), dəyərin cüt olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir
ISODD (Təkdir), dəyərin tək olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.
Şəkildə hər bir funksiyanın fərqli məlamatlar üzrə nəticələri göstərilib.
ISNUMBER funksiyası ancaq TRUE-FALSE nəticəsi verir yə rəqəmdən başqa bütün məlumatlar (mətn, xəta və s.) FALSE olaraq qəbul olunur. “052” və “965” sütünlarında rəqəmlər mətn formatında daxil olunub və funksiya mətn formatlı rəqəmlər üçün FALSE nəticəsini verir.
ISEVEN və ISODD funksiyaları isə ISNUMBER-dən fərqli davranır. “052” və “965” sütunlarında məlumat mətn formatında daxil edilməsinə baxmayaraq bu funksiyalar həmin dəyərləri rəqəm kimi tanıyıb TRUE və ya FALSE nəticələrini veriblər. Əgər xana mətn olarsa onu #VALUE! xətası kimi, dəyər özü xəta olarsa həmin xatını gətirir.
Qeyd: ISEVEN və ISODD funksiyaları Excel-2007 versiyasından sonra və “Analysis ToolPak” qoşması qurulduğunda aktivləşir. Əgər sizdə bu funksiyalar yoxdursa aşağıdakı funksiyalarda istifadə etmək olar.
"Tam Rəqəmlər üçün" =MOD(B1;2)=0 ISEVEN əvəzi =MOD(B1;2)=1 ISODD əvəzi "Tam və Natamam rəqəmlər üçün" MOD(IF((B1-INT(B1))<>0;("1"&REPT(0;LEN(B1)-3))*B1;B1);2)=0
ISBLANK, ISTEXT, ISNONTEXT Funksiyaları
ISBLANK (Boşdur), referans verilən xananın boş olmasını yoxluyur və TRUE – FALSE nəticələrini gətirir.
ISTEXT (Mətndir), dəyərin mətn olmasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.
ISNONTEXT (Mətn Deyil), dəyərin mətn olmamasını yoxlayır və TRUE – FALSE nəticəsini verir.
Şəkildəki nümunədə funksiyaların mütəlif məlumatlar üzrə nəticəsi göstərilib. ISBLANK funksiyası “boş xana”dan başqa bütün xanalrda FALSE nəticəsi verir. “D1” xanasında isə uzunluğu “0” olan məlumat (=””) daxil olunduğu üçün həmin xananı “boş xana” kimi tanımadı.
ISTEXT funksiyası isə xəta, boş xana və rəqəm məlumatlarından başqa digərlərini mətn kimi qəbul edir. ISNONTEXT funksiyası ISTEXT funksiyasının əksidir.
Comments:
No Comments