Ad və Familiyanı Funksiyadan İstifadə edərək Ayırmaq – 3 Ayrı Həll Yolu ilə (+Video)

FIND

Mətn funksiyalarının köməyi ilə biz Ad-Familiyada kəlimələri ayıra bilirik. Eyni metodu istifadə edərək cümlədən ilk kəliməni və ya hər hansı simvol ilə ayrılan iki kəliməni bir birindən ayırmaq olar.

Familiya (ilk kəlimə)-nın mətndə ayrılması

Şəkildəki nümunəmizdə biz əgər ilk öncə familiyanı ayırmaq istəyiriksə formulamız bu şəkildə olacaq

=LEFT(A2;FIND(" ";A2)-1)

Burda LEFT funksiyasının içərisində FIND funksiyası istifadə etdik çünki, hər bir familiya müxtəlif uzunluqdadır. Hər bir kəliməni “boşluq” simvolu ayırdığı üçün əvvəlcə “boşluq”a qədər neçə simvol olduğunu tapdıq. FIND(” “;A2) funskiyası həmin boşluq da daxil olmaqla simvolun neçənci sırada olduğunu rəqəm olaraq göstərir. Funksiyadakı “1” rəqəmini çıxmağımın səbəbi isə, FIND funksiyası boşluq simvolunu taparkən özünü də daxil edir. Familiyada əlavə simvolun olmaması üçün aldığımız rəqəmdən “1” azaltdıq. Daha sonra isə əldə etdiyimiz rəqəmi LEFT funksiyası içərisində istifadə etdik.

Familiyanı ayırmaq üçün ikinci metod:

=REPLACE(A2;FIND(" ";A2);LEN(A2);"")

Burda, “boşluq” simvolundan sonrakı hissəni silərək sadəcə ilk kəliməni saxladıq. Beləki, ikinci arqumentdə FIND funksiyası ilə “boşluq” simvolunu tapdıq, üçüncü arqumentdə “boşluq”dan sonrakı hissəni rəqəm olaraq göstərmək üçün LEN funksiyasından istifadə etdim, dördüncü arqumentdə isə seçilmiş aralığı “heç bir şey” (“”) ilə əvəz etdim. Yəni, “boşluq”dan sonrakı hissəni silərək ilk kəliməni əldə etdim.

Familiyanı ayırmaq üçün üçüncü metod:

=TRIM(LEFT(SUBSTITUTE(A2;" ";REPT(" ";100));100))

Burda isə, ad və familiya arasındakı “boşluq” simvolunu 100 dəfə (REPT(” “;100)) təkrarlatdıqdan sonra yenidən LEFT funksiyası ilə ilk 100 simvolu ayırdım. Daha sonra TRIM funksiyası ilə əlavə boşluqları silərək sadəcə Familiya hissəsini əldə etmiş olduq.

Kəlimələrin ayırımı sadəcə ad və familiyalarda deyil, istənilən mətn və cümlədə istifadə oluna bilər. Digər bir nümunə aşağıdakı kimidir.

Burdakı nümunədə biz əgər ilk vergülə qədər olan sənəd nömrəsini ayırmaq istəsək aşağıdakı funksidan istifadə oluna bilər:

=LEFT(A1;FIND(",";A1)-1)

İlk nümunədəki funksiyanın eynisi istifadə olundu, sadəcə olaraq kəlimələri “vergül” ayırdığı üçün FIND funksiyası içərisində “boşluq” əvəzinə “vergül” istifadə olundu. Burda ikinci və üçüncü metodlardan da istifadə oluna bilər.

=REPLACE(A1;FIND(",";A1);100;"")
=TRIM(LEFT(SUBSTITUTE(A1;",";REPT(" ";100));100))
Ad-Familiyada ikinci kəliməni ayırmaq

“Ad”ları aylrmaq üçün isə bu funksiyadan istifadə oluna bilər

=RIGHT(A2;LEN(A2)-FIND(" ";A2))

Bildiyimiz kimi RIGHT funksiyasından başqa digər funksiyalar soldan başlayaraq əməliyyat görür. Yəni, sağdan etibarən “boşluq” simvolunun neçənci sırada olduğunu tapmaq üçün əlimizdə hazır funksiya yoxdur. Ancaq biz, sadə riyazi əməliyyat ilə “boşluq” simvolunun sağdan neçənci sırada olduğunu tapa bilərik. Bunun üçün mətnin toplam uzunluğundan (LEN) “boşluq” simvoluna qədər olan uzunluğu (FIND(A1;” “)) çıxmamız kifayət edir. Bu bizə geri qalan hissənin mətn uzunluğunu verəcək. Daha sonrada əldə etdiyimiz rəqəmi RIGHT funksiyasında istifadə edərək “Ad” hissəsini əldə etmiş olacayıq.

 

İkinci Metod

=SUBSTITUTE(A2;LEFT(A2;FIND(" ";A2));"")

Qırmızı hərflərlə ilə göstərilmiş hissə bizə ilk kəliməni verir. SUBSTITUTE funksiyası içərisində həmin ilk kəliməni sildikdə bizə ikinci kəliməni vermiş olacaq. Eyni məntiq ilə aşağıdakı funksıya da istifadə oluna bilər

=REPLACE(A2;1;FIND(" ";A2);"")

Mətn funksiyalarında bir birini əvəz edəbiləcək funksiyalar çox olduğu üçün alternativ həll yollarını çoxaltmaq mümkündür. Ancaq fikrimcə istifadə olunan funksiyalardan ən sadəsi və istifadəsi daha məqsədəuyğun olanı birinci (LEFT-FIND) metoddur. Digərlərini isə daha çox funksıyaların nə şəkildə istifadə oluna biləcəyini görmək üçün nümunə şəklində qeyd etdim.

Nümunə Faylı

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …