Şərtə Əsasən Sayım – COUNTIF

Başlanğıc

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır.

Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir:

  1. Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları
  2. İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF)
  3. Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S)

Əgər bu məqalələrdə yazılan xüsusiyyətləri istifadə edəbilirsinizsə, COUNTIF funksiyasının müxtəlif şərtlərdə istifadəsi sizin üçün çox asan olacaq.

Əvvəlcə COUNTIF funksiyasının standart vəziyyətlərdə istifadəsi, daha sonra isə müxtəlif mətn hissələrinə və rəqəm (tarix) aralıqlarına əsasən şərti sayım haqqında yazacayıq.

Qeyd: COUNTIF funksiyası bir şərtə əsasən, COUNTIFS isə bir və daha çox şərtə əsasən sayım edir. COUNTIFS funksiyası Excelin 2007 versiyasından sonra yaradılıb. Excel 2003 işlədənlər iki və daha çox şərtə əsasən sayım etmək üçün SUMPRODUCT funksiyasından istifafədə edə bilərlər.

Standart məlumatlarda istifadəsi

Funksiyanın standard istifadəsi dedikdə, kriteriya hissəsində əlavə işarələrin (*,>,<,=,?) istifadə edilmədiyi hallar nəzərdə tutulur.

Funksiyanın iki arqumenti var. İlk arqumentdə kriteriya diapazonu, ikinci arqumentdə isə kriteriya seçilir. Əgər axtarılan kriteriya sayısı çoxdursa, COUNTIFS funksiyasında istifadə edərək eyni ardıcıllıqda arqument sayılarını artırırıq.

Şəkildəki ilk nümunədə, “Masa” kəliməsi “Məhsul” sütununda sayılır. Əvvəlcə kriteriya diapazonu olan “Məhsul” sütunu seçilir, daha sonra isə “Masa” kəliməsinin yerləşdiyi xana seçilib.

=COUNTIF(B:B;F2)

İkinci nümunədə isə, “Tünd Yaşıl – Oturacaq” kriteriyalarının eyni sətrdə olma sayısı göstərilib. Funksiya, “Məhsul” sütununa baxacaq və “Oturacaq” kəliməsini axtaracaq, eyni zamanda “Rəng” sütununda “Tünda Yaşıl” rəngini axtaracaq. Əgər bu iki kriteriya tapılarsa o zaman onların sayını gətirəcək.

=COUNTIFS(B:B;G7;C:C;G6)

 

Rəqəm və Tarix aralıqlarına əsasən sayım

Rəqəm və tarixlərdə hesablama apararkən “>,<,=” işarələrində istifadə edirik.

İlk nümunədə, 30 rəqəmindən böyük xana sayısını hesablayırıq. 30-dan böyük olmasını funksiyada, iki dırnaq içərisində “>” işərəsini xana ilə birləşdiririk. (“>=”&)

=COUNTIF(D:D;">"&G3)

İkinci nümunədə isə, iki tarix arasında “Yaşıl” rəng olan xana sayısını tapmaq istəyirik. Burda bizim üç kriteriyamız var: başlanğıc tarixi, son tarix və rəng. İki tarix arasını göstərmək üçün, başlanğıc tarixindən böyük və son tarixdən kiçik olan tarixləri tapmalıyıq.

=COUNTIFS(A:A;">="&G9;A:A;"<="&G10;C:C;G11)

 

Mətn hissələrinə əsasən sayım

Funksiyalarda mətn hissələrinə görə hesablamaları ən çox “?” və “*” işarələrimdən istifadə edilirdi. “?” işarəsi istənilən bir ədəd simvolu, “*” işarəsi isə bir neçə simvolu təmsil edirdi (bu haqqda daha ətraflı).

İlk nümunədə, “Tünd” kəliməsi ilə başlayan sətr sayılarını hesabladıq. Bunun üçün “Tünd” kəliməsini “*” işarəsi ilə birləşdirdik.

=COUNTIF(C:C;G4&"*")

Əgər istənilən mətn ilə bitən sətr sayısını tapmaq istəyiriksə, həmin mətnin əvvəlinə “*” işarəsi yazacayıq.

=COUNTIF(C:C;"*"&G9)

Mətnin hər iki tərəfində yazılan “*” işarəsi isə, həmin mətnin cümlənin istənilən hissəsində axtarır və satr sayısını bizə verir.

=COUNTIF(C:C;"*"&G14&"*")

Başlanğıc
Daha rahat avtomatlaşdırma üçün Exceldə bazaları necə qurmalı?

Bir çoxumuz Exceli işlərimizi avtomatlışdırmaq üçün istifadə edirik. İstəyirik ki, bir dəfə cədvəlimizi və funksiyalarımızı quraq və daha sonra eyni əziyyəti çəkmiyək. Bu şəkildə, həmin Excel faylında həm hesabatlarımız, həm də arxivlədiyimiz məlumatlar olsun və istənilən vaxt həmin bazadan istifadə edək. Ancaq, bunu etməyə çalışarkən cədvəllərimiz üçün düzgün struktur yaratmır və …

COUNTIF
Şərtə görə MAX və MIN dəyərlərin tapılması – OFFSET ilə (+Video)

Düşünün ki, şəkildəki kimi “Bolgələr və Şəhərlər” üzrə satış rəqəmləriniz var və siz hər bir regionda ən az (MIN) və ən çox (MAX) satış rəqəmlərini əldə etmək istəyirsiniz. Biz istəyirik ki, şəkildəki cədvələ əsasən əgər “Bakı Abşeron Bölgəsi” seçərsəm bizə ən az satış olan 600 (1-ci ay üçün) və ən …

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …