Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

COUNTA

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək.

Siyahının neçə hissəyə bölünməsini istifadəçi özü xanaya rəqəmi daxil edərək müəyyən edir (“D3 Xanası”)

Əvvəlcə sıyahımızdakı sətr sayısını tapırıq. Bunun üçün COUNTA funksiyasından istifadə ediləcək

=COUNTA(A:A)     "Nəticə: 18"

Daha sonra, əldə etdiyimiz sətr sayısını bölmək istədiyimiz rəqəmə bölürük. (Misal üçün 3 hissəyə)

=COUNTA(A:A)/$D$3       "Nəticə: 6"

Əldə etdiyimiz rəqəm (6) bizə hissələrin nəçə ədəddən bir artmasını göstərir. Yəni, hər 6 sətrdən bir rəqəmlərimiz bir vahid artacaq.

İndi isə, hər bir sətr nömrəsini əldə olunan 6 rəqəminə bölürük. Sətr nömrəsini tapmaq üçün ROW funksiyasından istifadə edilir. ROW funksiyası arqumentində xana referans verilmədiyi zaman, daxil edildiyi xananın sətr nömrəsini göstərir.

=ROW()/(COUNTA(A:A)/$D$3

Bu şəkildə, ilk 6 sətr birdən kiçik olacaq və yeddinci (13-19 və s) sətrdə tam vahiddən böyük rəqəm alınacaq.

Sonda isə, əldə olunan hər bir rəqəmi üstə doğru “0” səviyyəsində yuvarlaqlaşdırsaq 6 vahiddən bir artan tam sayılar alırıq.

=ROUNDUP(ROW()/(COUNTA(A:A)/$D$3);0)

Bu funksiyamı siyahının ilk sətrində yazıb aşağı doğru çəkirik.

Məqalədə istifadə olunan funksiyalar haqqında aşağıdakı linklərdən oxuya bilərsiniz

Müxtəlif növ Məlumatların Sayımı – COUNT, COUNTA, COUNTBLANK, SUMPRODUCT

Yuvarlaqlaşdırma Funksiyaları (ROUND, ROUNDUP, ROUNDDOWN, INT)

Soraq və İstinad Funksiyaları (MATCH, ROW, ROWS, COLUMN, COLUMNS, AREAS, INDEX)

Faylı endirmək üçün

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …

Başlanğıc
Müxtəlif növ Məlumatların Sayımı – COUNT, COUNTA, COUNTBLANK, SUMPRODUCT

Exceldə sayım funksiyaları dedikdə COUNT ilə başlayan funksiyalar nəzərdə tutulur. Bugünkü məqalədə, COUNTIF(S)-dən başqa digər sayım funksiyaları haqqında məlumat verəcəyik. Bunlar, COUNT, COUNTA və COUNTBLANK funksiyalarıdır. Eyni zamanda, SUMPRODUCT ilə sayım funksiyalarının hesablaya bilmədikləri məlumat növlərini hesablayacayıq. Aşağıdakı cədvəldə, məlumat növlərinə görə funksiyaların davranışları göstərilib. Məlumatların qarşısında onların təsviri verilib. …