İki Tarix Arasında İş və Məzuniyyət Günlərinin Hesablanması (NETWORKDAYS.INTL)

COUNTIFS

Mühasiblərin və ya HR əməkdaşlarının əmək haqqlarını və məzuniyyət haqqını hesablayarkən iş günlərinin sayının tapılmasında texniki səhflər etmələri çox asanddır. Çoxu zaman kompyuterdəki və ya kağız formasındakı kalendara baxıb iş günlərini hesablamağa çalışırlar. Ancaq, Exceldəki funksiyalardan istifadə edərək həmin prosesi asanlaşdırmaq mümkündür.

 

İki tarix arasındakı iş günləri sayısının tapılması

NETWORKDAYS.INTL (Net İş günü) funksiyası iki tarix arasındakı iş günlərinin sayını verir. Funksiya Excel-2010 versiyasından sonra istifadəyə verilib. Dörd arqumenti var:

=NETWORKDAYS.INTL(başlanğıc_tarixi;bitiş_tarixi;[həftə_sonu];[bayramlar])

=NETWORKDAYS.INTL(start_date;end_date;[weekends];[holidays])

Funksiyanın ilk iki arqumenti məcburidir, başlanğıc və bitiş tarixləri seçilir. “[]” mötərizəsi içərisində göstərilən digər iki arqument isə seçimlikdir. Biz burda, həftə sonlarını və bayramları göstərə bilərik.

Üçüncü arqumentə gəldiyimiz zaman şəkildə görsəndiyi kimi siyahı çıxır qarşımıza. Bu siyahıda Excel bizə, həftə sonlarımızın hansı olduğunu göstərməmizi istəyir. Çünki, ola bilsinki bizdə qeyri-iş günləri “Şənbə-Bazar” əvəzinə sadəcə “Bazar” günüdur (və ya digər günlər). Əgər heç bir seçim olmazsa Excel “Şənbə-Bazar” günlərinin qeyri-iş günü olduğunu nəzərə alacaq. Bu funksiyadan əvvəl “6 günlük iş rejimi” əsasında iş günü sayısını tapmaq üçün əlavə hesablamalara ehtiyac olurdu.

Dördüncü arqumentdə isə biz, “Qeyri iş günləri”ni göstərməliyik. Bunun üçün isə biz, hər hansı bir səhifədə bütün qeyri-iş günü olan bayram günlərimizi qeyd edib funksiyada həmin tarix siyahısını göstəririk.

Biz əgər “05-15 Mart 2018” tarixləri arasında olan iş günlərinin sayısını tapmaq istəyiriksə funksiyamız bu şəkildə olacaq:

=NETWORKDAYS.INTL(B1;B2;1;Bayramlar!G2:G42)

Biz burda, əvvəlcə “B1” xanasında olan “Başlanğıc Tarixini”, daha sonra isə “B2” xanasında olan “Bitiş Tarixini” göstərdik. Üçüncü arqumentdə yazılan “1” rəqəmi “Şənbə və Bazar” günlərini təmsil edir. Sizdə əgər “qeyri iş günü” sadəcə “Bazar” günüdürsə o zaman “11” rəqəmini yazacaqsınız. Dördüncü arqumentdə isə, “Bayramlar” adlı səhifədə “qeyri iş günləri” olan bayram günlərinin tarix siyahısını göstərdik. Əgər seçimlik arqumentləri boş buraxsaq funskiya bizə “9” nəticəsini verəcək, çünki həmin tarixlər arasında “8 Mart Qadınlar Günü” var.

 

İki tarix arasında məzuniyyət günlərinin hesablanması

Məzuniyyət günlərinin hesablanması iş günləri kimi olmadığına görə hesablanma tam olaraq üstdəki nümunə kimi deyil. Burda qarşımıza iki nüans çıxır. Bir, məzuniyyət kalendar günləri əsasında hesablanır. İki, bayram günləri məzuniyyət günlərinə daxil edilmir.

Bildiyiniz kimi, “Əmək Məcəlləsinin” 114-cü maddəsində belə bir bənd var:

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Eyni məcəllənin 105-ci maddəsində isə iş günü hesab olunmayan bayram günləri qeyd olunub:

Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i); Faşizm üzərində qələbə günü (mayın 9-u); Respublika günü (mayın 28-i); Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); Dövlət müstəqilliyi günü (oktyabrın 18-i); Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u); Konstitusiya günü (noyabrın 12-si); Milli Dirçəliş günü (noyabrın 17-si); Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı – beş gün;
Qurban bayramı – iki gün; Ramazan bayramı – iki gün.

Burda əlavə bir məsələni də nəzərə almaq lazımdır ki, Misal üçün əgər “8 Mart” günü “Bazar” gününə rast gəlirsə “Bazar ertəsi” qeyri-iş günü elan olunur. Ancaq, məzuniyyət hesablamasında biz “8 Mart” gününü məzuniyyət hesablamasına daxil etməyəcəyik. Yəni, qeyd olunan bir günü işçinin məzuniyyət günlərindən azaltmadığımız kimi həmin günə haqq hesablamayacayıq. Bu səbəbdən, bizim “Bayram günləri siyahısı”ndan əlavə, məzuniyyət hesablamasında istifadə olunacaq ayrı siyahımız olmalıdır,  çünki eyni siyahının hər iki hesablama üçün istifadə olunması düzgün olmayacaq.

Qeyd olunan məlumatlar əsasında biz işçinin məzuniyyət gün sayısını hesablamağa çalışaq. Biz üstdəki nümunədəki kimi, “05-15 Mart 2018” tarixləri arasında məzuniyyət günlərini hesablamaq üçün aşağıdakı funksıyadana istifadə edə bilərik:

=B2-B1+1                                 "İki tarix arasında gün sayı tapıldı"

=B2-B1+1-NETWORKDAYS.INTL(B1;B2;1)       "İki tarix arasında Şənbə-Bazar" sayısı tapıldı"

"Tam Funksiya"
=B2-B1+1-NETWORKDAYS.INTL(B1;B2;1)+NETWORKDAYS.INTL(B1;B2;1;Bayramlar!C2:C39)       "tapılan Şənbə-Bazar sayısı iş-günü sayısının üzrəinə gəlindi"

Funksiyanın nisbətən uzun olmasının səbəbi, bayram günlərinin nəzərə almaq istəməmiz və NETWORKDAYS.INTL funskiyasında “həftə sonu” arqumentində “0” qeyri-iş günü seçiminin olmamasıdır. Əgər bayram günlərini heç nəzərə almaq istəməsək o zaman “=B2-B1+1” funksiyası kifayət edəcəkdi.

Üstdəki funksiyada biz, əvvəlcə iki tarix arasında gün fərqini tapdıq. “05-15 Mart” tarixlər arasında 11 gün var. Əgər “8 Mart” iş günü hesab olunmayan bayram günü olmasaydı bizim aldığımız nəticə kifayət edirdi. İkinci mərhələdə biz, iki tarix arasında bayram günlərini nəzərə almadan iş günlərinin sayını tapdıq (9 gün) və kalendar günündən çıxdıq (11-9). Bu şəkildə biz, iki tarix arasında “Şənbə- Bazar” sayısını tapmış olduq. Sonuncu mərhələdə isə, tam iş günləri sayısının (8 gün) üzərinə “Şənbə-Bazar” sayısını gəldik.

Digər həll yolu isə belə ola bilər

=(B2-B1+1)-COUNTIFS(Bayramlar!C2:C42;">="&B1;Bayramlar!C2:C42;"<="&B2)

İkinci həll yolu digərinə nəzərən sadədir. Biz burda əvvəlcə iki tarix arasındakı gün fərqini tapdıq. Daha sonra isə COUNTIFS funskiyası ilə, iki tarix arasında neçə ədəd bayram olduğunu taparaq gün sayısından çıxdıq.

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …