İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) – (+Video)

Orta

SUMIF(S) funskiyasının standard kriteriyalar (meyar) üzrə toplanmasını əvvəlki yazımızda gördük. Eyni zamanda, funksiya bizə həm tarixlər arası, həm də rəqəmlərə əsasən toplama imkanı verir.

Misal üçün,

Avqust ayının 1-15 arası satışım nə qədər olub?

Faktura məbləği 100 AZN olan satışlarımın həcmi nədir?

bu kimi analizlər üçün funksiyanın rəqəm və tarixlərə əsasən nəcür hesablama apardığını bilmək lazımdır.

Bildiyiniz kimi, Exceldə tarixlər rəqəmdir (Bu haqqda ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz). Bu səbəbdən, tarix və rəqəmlərdə eyni cür hesablama aparılacaq. Yəni, rəqəmlərdə istifadə olunan işarələrin eynisi tarix hesablamaları üçün də keçərlidir.

Rəqəm aralıqlarını hesablamaq üçün aşağıdakı işarələr istifadə olunur.

İşarə Qeyd
“>” böyükdür
“<“ kiçikdir
“>=” büyük bərabərdir
“<=” kiçik bərabərdir
& xanalardakı rəqəmlərə referans vermək üçün istifadə olunur

Aralıqları kriteriya kimi hesablamaq üçün yuxarıda qeyd olunan işarələrdən istifadə olunur. Aralıqların hər birisi ayrı kriteriyadır.

Misal üçün

Miqdarı 400 dən çox satışların həcmini tapmaq üçün

=SUMIF(A:A;">400";B:B)        (400 daxil deyil - ">")

=SUMIF(A:A;">=400";B:B)       (400 daxil - ">=")

Miqdarı 1000 dən kiçik satışların həcmi

=SUMIF(A:A;"<1000";B:B) (1000 daxil deyil - "<")

=SUMIF(A:A;"<=1000";B:B) (100 daxil - "<=")

Miqdarı 100 və 600 arasında olan satışların həcmi

=SUMIFS(B:B;A:A;">100";A:A;"<600")          (100 və 600 daxil deyil)

=SUMIFS(B:B;A:A;">=100";A:A;"<=600")        (100 və 600 daxildir)

Üçüncü nümunədə iki kriteriya (meyar) olduğu üçün SUMIFS funskiyasından istifadə etdim. Üstdəki nümunələrdə kriteriyalar funksiyanın içinə yazılıb, xanalara referans verilmiyib. Cədvəllərimizin avtomatlaşdırılması üçün xanalara referans verilməsi mütləqdir. Bu şəkildə, kriteriyalarımızı dəyişdiyimiz zaman cədvəlimiz yenidən hesablanacaq.

Digər bir nümunə isə tarix hesablamaları olacaq. Bu nümunədə “başlanğıc” və “bitiş” tarixlərinə referans verilib və biz funksiyamizi qurduqdan sonra istədiyimiz tarix aralığındakı satışı funksiyaya toxunmadan avtomatik ala biləcəyik. Funksiyamız bu şəkildədir:

=SUMIFS(C:C;A:A;E5;B:B;">="&$E$2;B:B;"<="&$F$2)

Nümunədə 3 kriteriya var; “məhsul”, “başlanğıc tarixi” və “bitiş tarixi” (yaşıl oxlar). Hər bir kriteriya üçün ayrı ayrılıqda “kriteriya diapazonu” göstərməliyəm (qırmızı oxlar). Tarixlər üçün “kriteriya diapazonu” olaraq hər dəfə bazadakı “tarix” sütunu (B:B) göstərdim çünki, həm “başlanğıc” həm də “bitiş” tarixləri eyni sütundan oxunur.

Tarixlərə referans verərəkən “>=” və “<=” işarələrindən istifadə etdim. Yəni, “başlanğıc tarixi” daxil olmaqla ondan sonrakı (>= böyükdür bərabərdir) və “bitiş tarixi” daxil olmaqla ondan əvvəlki (<= kiçikdir bərabərdir) tarixlərdəki məhsulların satışını gətir. Əlavə olaraq, rəqəm olmayan bütün simvollar funksiyalarda dırnaq içərisində (“”) göstəriləcəyi üçün bu işarələri dırnaq içərisində yazdım.

İşarələr və xana arasında “&” (birləşdirmə) işarəsindən istifadə etdim. Xanalara referans verərəkən “birləşdirmə”nin istifadə edilməsi lazımdır.

Qeyd: bu işarələri COUNTIF(S), AVERAGEIF(S) kimi funskiyalarda da istifadə etmək olur.

Nümunə Faylı

Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz.

 

Comments:

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …