İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) – (+Video)
- By : Elnur Isayev
- Category : Orta, SUMIF, SUMIFS
- Tags: Mətn və riyazi işarələrin istifadəsi, Şərtə əsasən toplamalar, Tarix və Saat Hesablamaları
SUMIF(S) funskiyasının standard kriteriyalar (meyar) üzrə toplanmasını əvvəlki yazımızda gördük. Eyni zamanda, funksiya bizə həm tarixlər arası, həm də rəqəmlərə əsasən toplama imkanı verir.
Misal üçün,
Avqust ayının 1-15 arası satışım nə qədər olub?
Faktura məbləği 100 AZN olan satışlarımın həcmi nədir?
bu kimi analizlər üçün funksiyanın rəqəm və tarixlərə əsasən nəcür hesablama apardığını bilmək lazımdır.
Bildiyiniz kimi, Exceldə tarixlər rəqəmdir (Bu haqqda ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz). Bu səbəbdən, tarix və rəqəmlərdə eyni cür hesablama aparılacaq. Yəni, rəqəmlərdə istifadə olunan işarələrin eynisi tarix hesablamaları üçün də keçərlidir.
Rəqəm aralıqlarını hesablamaq üçün aşağıdakı işarələr istifadə olunur.
İşarə | Qeyd |
“>” | böyükdür |
“<“ | kiçikdir |
“>=” | büyük bərabərdir |
“<=” | kiçik bərabərdir |
& | xanalardakı rəqəmlərə referans vermək üçün istifadə olunur |
Aralıqları kriteriya kimi hesablamaq üçün yuxarıda qeyd olunan işarələrdən istifadə olunur. Aralıqların hər birisi ayrı kriteriyadır.
Misal üçün
Miqdarı 400 dən çox satışların həcmini tapmaq üçün
=SUMIF(A:A;">400";B:B) (400 daxil deyil - ">") =SUMIF(A:A;">=400";B:B) (400 daxil - ">=")
Miqdarı 1000 dən kiçik satışların həcmi
=SUMIF(A:A;"<1000";B:B) (1000 daxil deyil - "<") =SUMIF(A:A;"<=1000";B:B) (100 daxil - "<=")
Miqdarı 100 və 600 arasında olan satışların həcmi
=SUMIFS(B:B;A:A;">100";A:A;"<600") (100 və 600 daxil deyil) =SUMIFS(B:B;A:A;">=100";A:A;"<=600") (100 və 600 daxildir)
Üçüncü nümunədə iki kriteriya (meyar) olduğu üçün SUMIFS funskiyasından istifadə etdim. Üstdəki nümunələrdə kriteriyalar funksiyanın içinə yazılıb, xanalara referans verilmiyib. Cədvəllərimizin avtomatlaşdırılması üçün xanalara referans verilməsi mütləqdir. Bu şəkildə, kriteriyalarımızı dəyişdiyimiz zaman cədvəlimiz yenidən hesablanacaq.
Digər bir nümunə isə tarix hesablamaları olacaq. Bu nümunədə “başlanğıc” və “bitiş” tarixlərinə referans verilib və biz funksiyamizi qurduqdan sonra istədiyimiz tarix aralığındakı satışı funksiyaya toxunmadan avtomatik ala biləcəyik. Funksiyamız bu şəkildədir:
=SUMIFS(C:C;A:A;E5;B:B;">="&$E$2;B:B;"<="&$F$2)
Nümunədə 3 kriteriya var; “məhsul”, “başlanğıc tarixi” və “bitiş tarixi” (yaşıl oxlar). Hər bir kriteriya üçün ayrı ayrılıqda “kriteriya diapazonu” göstərməliyəm (qırmızı oxlar). Tarixlər üçün “kriteriya diapazonu” olaraq hər dəfə bazadakı “tarix” sütunu (B:B) göstərdim çünki, həm “başlanğıc” həm də “bitiş” tarixləri eyni sütundan oxunur.
Tarixlərə referans verərəkən “>=” və “<=” işarələrindən istifadə etdim. Yəni, “başlanğıc tarixi” daxil olmaqla ondan sonrakı (>= böyükdür bərabərdir) və “bitiş tarixi” daxil olmaqla ondan əvvəlki (<= kiçikdir bərabərdir) tarixlərdəki məhsulların satışını gətir. Əlavə olaraq, rəqəm olmayan bütün simvollar funksiyalarda dırnaq içərisində (“”) göstəriləcəyi üçün bu işarələri dırnaq içərisində yazdım.
İşarələr və xana arasında “&” (birləşdirmə) işarəsindən istifadə etdim. Xanalara referans verərəkən “birləşdirmə”nin istifadə edilməsi lazımdır.
Qeyd: bu işarələri COUNTIF(S), AVERAGEIF(S) kimi funskiyalarda da istifadə etmək olur.
Məqalənin video versiyasını youtube kanalımdan izləyə bilərsiniz.
Comments:
No Comments