SUMIF(S) İstifadəsində Diqqət Edilməli Nüanslar

EXACT

Şübhəsiz ki, Excel proqramının ən çox istifadə olunan, sürətli və faydalı funksiyalarından biri SUMIF(S) funksiyasıdır. Kimsə SUMIF funksiyasını istifadə etmirsə avtomatik olaraq ağlımızda həmin şəxsin Exceli biliyi haqqında suallar yaranır. Ancaq bəzi məlumatların toplanmasında SUMIF funksiyasının istifadəsi uyğun deyil. Buna istəsəniz SUMIF funksiyasının əskikliyi və ya xüsusiyyəti də deyə bilərsiniz. Qeyd olunacaq nüanslar çox sıx rastlanan hallar olmasa da ehtimal xaricində deyil. Şəxsən mən bir neçə dəfə rastlaşmışam.

Əvvəlcə həmin nüanslar haqqında qısa məlumat veriləcək, daha sonra isə onların həll yollarına baxacayıq.

 

Nüanslar
Mətn formatında olan rəqəmlər

Qırmızı rəngdə göstərilən məlumat bazasıdır və biz sağdakı (yaşıl) cədvəlimizə əsasən şərti toplama vermək istəyirik. SUMIF funksiyasını tətbiq etdikdən sonra görürük ki, funksiya kodlara əsasən düzgün toplamayıb. “00001” kodunun toplamı 20, “01” kodunun toplamı isə 11 etməlidir. Ancaq funksiya, bu iki kod arasında fərq qoymayaraq hər iki sətrin qarşısına 31 rəqəmini (00001 + 01) gətirmişdir.

 

 

 

Mətnlərdə “?” işarəsi

Düşünün ki, iki sıyahınız var və həmin siyahıları qarşılaşdırmaq istəyirsiniz. Ancaq, siyahıların birində Azərbaycan hərfləri “?” işarəsi ilə göstərilib. Bu zaman SUMIF funksiyası tətbiq edərkən şəkildəki kimi problem ilə qarşılaşırsınız.

“?” işarəsi istənilən hər hansı bir hərfi təmsil etdiyinə görə, “Elvin və Elçin Market”-ləri eyni götürdü və topladı. Digər “?” işarəsi yazılan marketlərdə üst-üstə gələn oxşar market adları olmadığına görə hesabalamanı düzgün gətirdi. Amma əgər onlarda da oxşar adlar olmuş olsaydı yenə səhf hesablayacaqdı.

 

Mətnlərdə “*” işarəsi

Üstdəki nümunə ilə eynidir, sadəcə olaraq burda fərqin yaranma səbəbi “*” işarəsidir. “*” işarəsi istənilən bir və ya bir neçə simvol mənasına gəldiyi üçün, “Beş” və “otel” kəlimələri arasında olan kəlimələri nəzərə almır və bu quruluşa sahıb kəlimələri eyni olaraq tanıyır.

Burdakı nümənədə də, “Beş * otel” kəliməsi, yaşıl siyahıda göstərilən oxşar adları eyni götürüb. Bu iki kəlimə arasında (beş-otel) istənilən kəliməni toplayacaq, yetərki “beş” kəliməsi ilə başlasın və “otel” kəliməsi ilə bitsin.

 

Böyük və kiçik hərflər

Şəkildəki nümunədə, “Laserjet” ilə başlayan məhsulların birində “MFP” kəliməsi kiçik, digəri isə böyük hərf ilə göstərilib. Kiçik və böyük hərfləri bir-birindən fərqləndirib şərti toplama almaq isytəyirik, ancaq SUMIF funksiyası böyük və kiçik hərflər arasında fərq qoymur.

 

Həll yolu

Yuxarıda qeyd olunan problemlərin hamısının tək bir funksiya ilə həll etmək mümkündür. Bu da ki, SUMPRODUCT funksiyasıdır. SUMPRODUCT, qeyd olunan nüansların bəzilərini nəzərə alır, bəzilərində isə daxilində köməkçi funksiya istifadə ediləcək.

Mətn formatında olan rəqəmlər, “?” və “*” işarəsinin istifadəsi

Qeyd olunan bu üç vəziyyətdə sadə SUMPRODUCT funksiyası məsələni həll edir. Funksiyalar bu şəkildə olacaq

Mətn formatında rəqəm

=SUMPRODUCT(--($A$2:$A$9=D2);$B$2:$B$9)

“?” istifadəsi

=SUMPRODUCT(--($A$2:$A$7=D2);$B$2:$B$7)

“*” istifadəsi

=SUMPRODUCT(--($A$2:$A$6=D2);$B$2:$B$6)

SUMPRODUCT funksiyasında “*” və “?” işarələrinin istifadəsi SUMIF funksiyasındakı kimi olmadığına görə daha dəqiq axtarış verərək eyni hərflərdən ibarət mətnləri topladı. “?” işarəsinin istifadəsində həmin marketlərin toplamını “0” olaraq gətirdi, çünki axtarılan bazada eyni ilə həmin martketlərin adları yoxdur.

Böyük və Kiçik Hərflər

Böyük və kiçik hərflərin fərqləndirilməsində isə SUMPRODUCT funksiyası daxilində EXACT funksiyası istifadə olunacaq, çünki EXACT funksiyası böyük və kiçik hərfləri fərqləndirir.

=SUMPRODUCT(--EXACT($A$2:$A$5;D2);$B$2:$B$5)

Əgər SUMIF funksiyasının istifadəsində problem yaşanırsa, həmin fərqi axtarmamışdan qabaq eyni əməliyyatları SUMPRODUCT funksiyası ilə yenidən hesablayıb yoxlamaq məsləhətlidir. SUMPRODUCT və məqalədə istifadə olunan digər daha funksiyalar haqqında ətraflı məlumatı aşağıdakı linklərdədən oxuya bilərsiniz.

Exceldə Ən Güclü Funksiyalardan biri – SUMPRODUCT

Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S)

Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları

Exceldə Mətn İşarələrinin (Wildcard – *,?,~,=) Istifadəsi

 

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …