Marka və Tarixə Əsasən Hesabat Hazırlanması – SUMIFS Nümunəsi (+Video)

DATE

Əvvəlcə Facebook-da yayımlanan sual haqqında.

İlk əvvəl kriteriyalarımı müəyyən etməliyik. Bu məsələdə dörd kriteriyamız var.

  1. Marka Kodu
  2. Əməliyyat Növü (Satış-Qaytarma)
  3. Başlanğıc tarixi
  4. Bitiş tarixi

Kriteriyaları ayrı-ayrılıqda ələ alıb daha sonra hamısını tək funksiya daxilində yazacayıq.

Marka Kodu Kriteriyası

Marka kodları bazada ayrı sütunda göstərilmiyib, amma məhsul kodunun daxilində üç hərf olaraq kodlaşdırılıb. Bu səbəbdən, “marka kodu”-nun hər iki tərəfinə “*” işarəsi yazaraq həmin marka kodlarını məhsul kodu içərisində tanıdacayıq.

Baza1!$B:$B;"*"&Sual!$B4&"*"

Baza1 səhifəsi – B:B sütunu ilk kriteriya diapazonu (məhsul kodlarının olduğu sütun)-nu göstərir. “*” işarəsini B4 xanasının hər iki tərəfinə yazaraq, həmin marka kodunun məhsulun içərisində tanıtdırdıq

 

Sənəd Növü Kriteriyası

Burda əlavə işaərələrə ehtiyac yoxdur, çünki sənəd növlərinin adlarında fərqlilik yoxdur.

Baza1!F:F;Sual!D$3

 

Tarix Kriteriyaları

Məsələnin ən çətin hissəsi bu kriteriyalar ola bilər. Bazada olan tarix sütunları tam tarixi göstərdiyi halda, hesabatda həmin tarixlər qeyd olunmuyub. Sadəcə olaraq ay seçimi var. Əgər şəkildəki kimi başlanğıc və bitiş tarixləri yazılmış olsayda daha sadə olacaqdı formula. Çünki, bazada olan tarix formatı ilə (rəqəm) hesabatdakı tarix eyni deyil. Misal üçün, 01.07.2015 tarixinin 42186 rəqəmi təmsil edir və hesabatda isə saədəcə 7 rəqəmi var. Bu səbəbdən, hesabatda olan il və ay rəqəmləri əsasında tarix məlumatı yaradıb onun əsasında şərti toplama edəcəyik. Bunun üçün isə bizə iki tarix lazımdı: seçilən ayın ilk günü və son günü.

İlk günü tapmaq üçün:

=DATE(D1;F1;1)
=DATE(2015;7;1)

DATE funksiyasında arqumentlərə düzgen refarans verdikdən sonra həmin ayın ilk gününü əldə edirik.

Son günü tapmaq üçün:

=EOMONTH(DATE(D1;F1;1);0)
"və ya"
=DATE(D1;F1+1;1)-1

EOMONTH funksiyası istənilən tarixin son gününü bizim üçün hesablayır. İkinci funksiyada isə, bir sonrakı ayın ilk günündən “1” rəqəmini çıxaraq həmin ayın son gününü əldə etdim.

Seçilən ayın ilk və son gününü tapdıqdan sonra, həmin iki tarıx arasındakı rəqəmlərimizi toplamalıyıq.

Baza1!$D:$D;">="&DATE(Sual!D1;Sual!F1;1);                "ay;n ilk günündən böyük"
Baza1!$D:$D;"<="&EOMONTH(DATE(Sual!D1;Sual!F1;1);0)      "ayın son günündən kiçik"

Qeyd olunan kriteriyaları bir funksiya içərisində göstərək

=SUMIFS(Baza1!$G:$G;Baza1!$B:$B;"*"&Sual!$B4&"*";Baza1!F:F;Sual!D$3;Baza1!$D:$D;">="&DATE(Sual!D1;Sual!F1;1);Baza1!$D:$D;"<="&EOMONTH(DATE(Sual!D1;Sual!F1;1);0))

Funksiyada sabitləmələrə də diqqət yetirmək lazımdır.

SUMIFS funksiyasının müxtəlif məlumatlar əsasında istifadəsi və qeyd olunan tarix funksiyası haqqında aşağıdakı məqalələrdən oxuya bilərsiniz

  1. Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları
  2. İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF)
  3. Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S)
  4. Tarix Funksiyalarına Qısa Baxış (YEAR, MONTH, DAY, DATE, TODAY, NOW, WEEKDAY, WEEKNUM)

Faylı yükləmək üçün link

 

 

 

Məsələnin videolu izahını youtube kanalından izləyə bilərsiniz

Orta
Sıra sayılarının funksiya ilə düzgün hesablanması

Hesabatlarımızı hazırlayarkən bir çoxumuzun ilk sütunu sıra sayıları olur. Ancaq tez-tez sətir silərkən və ya yeni məlumatlar əlavə edərkən sıra sayılarımızı yeniləməli oluruq. Bu məqalədə göstərilən metodla artıq sıra sayılarımızı yeniləməyə ehtiyac qalmır. Hər yeni məlumat əlavə edildikdə və silindikdə funksiya rəqəmləri yeniləyir. Bu məsələ Facebook qrupunda müsabiqə sualı kimi …

COUNTA
Siyahıların Funksiya ilə bərabər Hissələrə Bölünməsi

Düşünün ki, minlərcə sətrlərdə ibarət siyahınız var və həmin siyahını bir neçə hissəyə bölüb ya iş bölgüsü ya da başqa bir əməliyyat edəcəksiniz. Ancaq manual olaraq həmin siyahını bərabər hissələrə bölmək vaxt alacaq. Bunu sadə funskiyalarla həll etmək mümkündür. Əvvəlcə Facebookda yayımlanmış bu sualı görüntülü olaraq izləyək. Siyahının neçə hissəyə …

Başlanğıc
Şərtə Əsasən Sayım – COUNTIF

COUNTIF funksiyası, seçilən diapazonda qeyd olunan şərtə (şərtlərə) uyğun gələn xanaları sayır. Əvvəlki məqalələrdə SUMIF haqqında yazılanların hamısı COUNTIF funksiyasına aid edilə bilər. Sözügedən məqalələr aşağıdakı kimidir: Şərtə görə Toplama Əməliyyatı – SUMIF və SUMIFS Funksiyaları İki Tarix Arası və Rəqəm Aralığına görə Toplama (SUMIF) Mətnlərə Əsasən Şərti Toplama – SUMIF(S) …